Sizin Reklam Burada

Ermənilər mayın 31-də təxribata hazırlaşır - Deputat

Ermənilər mayın 31-də təxribata hazırlaşır - DeputatMayın 31-də ermənilər Şuşada növbəti təxribata hazırlaşır. Onlar keçirdikləri saxta seçkilərin saxta andiçmə mərasimi təşkil etmək niyyətindədir. Sözsüz ki, bu hallar bizim hər birimizi, ictimaiyyətimizi narahat edir. Çünki işğal olunan bizim torpaqlardır.

Avrasiya.net xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı millət vəkili Azay Quliyev deyib.

Deputat əlavə edib ki, bəzi qruplar, ələlxüsus xaricdə oturub əsassız yerə Azərbaycanı, dövləti tənqid edən şəxslərin fəaliyyətində sui-istifadə hallarına rast gəlinir:

“Ermənilər niyə bu “tədbir”i Şuşada təşkil edirlər? Çünki martın 31-də keçirdikləri “seçkilər” fiakoya uğradı. Bütün beynəlxalq qurumlar, aparıcı ölkələr bu “seçkiləri” qeyri-legitim adlandırdı, bunun heç bir hüquqi nəticə yaratmadığını elan etdi. Məhz bu reaksiyalar göstərdi ki, dünya Ermənistanın apardığı işğalçı siyasətə "yox" deyir. Əlbəttə, bu, Azərbaycan diplomatiyasının uğuru olmaqla yanaşı, cənab Prezidentin apardığı işin nəticəsidir”.

Deputat söyləyib ki, daha çox işləməli, ordunu gücləndirməyə davam etməliyik:

“Bu gün Azərbaycan Ordusunun başlatdığı təlimlər ermənilərə ən ciddi cavabdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər