Sizin Reklam Burada

"Onlar Azərbaycan xalqından üzr istəməlidirlər"

"Onlar Azərbaycan xalqından üzr istəməlidirlər"Milli Şuranın artıq məlum olan online iclasında qurumun Koordinasiya Mərkəzinin üzvlərinin, Eldəniz Quliyevin, Rafiq Manafov və Gültəkin Hacıbəylinin insanların şərəf və ləyaqətini alçaltması, söyüş və açıq təhqirlərə yol verməsi və bütün bunlara Cəmil Həsənlinin sakit, gülüşlə qarşılıq verməsi haqlı olaraq ictimaiyyətdə kəskin etiraza səbəb olub.

Bununla bağlı Baku News Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrinin müşaviri Dinarə Məmmədovadan münasibət öyrənib.

Dinarə Məmədova ALDP sədri Fuad Əliyev Milli Şuranın hələ yaranmamışdan 4 ay öncə, belə bir təşkilatın təsis olunmasını və Rüstəm İbrahimbəyovun ona rəhbərlik edəcəyini ABŞ Dövlət Departamentində keçirilən görüşdə və bu təşkilatın yaradılmasında Rusiyanın rolunun olduğunu biləndən sonra, bu təşkilata üzv olmasından imtina etdiyini bildirdi: "Daha sonra baş verən hadisələr
bizim addımımızın düzgün olduğunu göstərdi. 2013-cü ildəki prezident seçkisində Rüstəm İbrahimbəyovun seçki şousı fiaskoya uğradıkdan sonra bir neçə təşkilat Şuranı tərk etdi.”

Daha sonra D.Məmmədova Milli Şuranın məlum on-line iclasını belə şərh etdi: "Məlum iclasda səslənən siyasi etikadan və əxlaq normalarından uzaq fikirlər bir daha Milli Şurada cəmləşənlərin hələ də 90-ci illərdəki düşüncədə qaldıqlarını isbatlayır. Milli Şuranın online iclasında qurumun rəhbərliyinin küçə söyüşləri ilə danışması onların bu gün də eyni mövqedə, düşüncədə olduqlarını göstərir. Cəmil Həsənlinin israrla təhqirlərə haqq qazandırması, Gültəkin Hacıbəyli kimiləri müdafiə etməsi də cəmiyyətimizə qarşı böyük hörmətsizlikdir. Eldəniz Quliyev, Rafiq Manaflı Milli Şuradan istefa verdiklərinə baxmayaraq, onlar və Cəmil Həsənli, Gültəkin Hacıbəyli Azərbaycan xalqından üzr istəməlidirlər.”

Sonda Dinarə Məmmədova bildirdi ki, baxmayaraq ki, bu təşkilatın adı Milli Şuradır amma faktiki olaraq Milli ola bilmədi. Yaradan bir ölkə, fəaliyyətini istiqamətləndirən başqa ölkələr olduğunu qeyd etdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər