Sizin Reklam Burada

“Azərpoçt”un qadın əməkdaşları tutuldu

“Azərpoçt”un qadın əməkdaşları tutulduNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Azərpoçt MMC-də oğurluq hadisəsi ilə bağlı saxlanılanlar var.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 81 saylı poçt şöbəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən həmin şöbənin əməkdaşları - S.Ələkbərova, G.Tağıyeva və T.Vəliyeva müəyyən olunaraq tutulublar.

Faktla bağlı başlanmış cinayət işi üzrə şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə şirkətin Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 81 saylı poçtunda qeydə alınıb. Belə ki, may ayında poçtda daxili audit yoxlaması zamanı 16 min ABŞ dolları (27 200 manat) və 28 min manat vəsaitin naməlum şəraitdə oğurlandığı üzə çıxıb. Daha sonra “Azərpoçt” bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər