Daha 113 nəfər koronavirusa yoluxdu: ölən var
Dərc olunub:
18-05-2020, 17:42
Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb, 1 nəfər isə vəfat edib.
Avrasiya.net xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Y.Qarayeva qeyd edib ki, hazırda 3387 ümumi yoluxan var.
O bildirib ki, bu günə qədər 235 910 test edilib.