Ermənistanda bir gündə daha 460 nəfər koronavirusa yoluxduErmənistanda koronavirusa yoluxanların sayı 8 676 nəfərə çatıb.

Avrasiya.net erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 460 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 120 nəfər koronavirusdan ölüb, 5 259 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.
Türkiyə Rusiyanın ən yeni komplekslərinin sirrini açdıTürkiyə Liviyadakı hərbi fəaliyyətlərin gedişində Bayraqdar TB2 pilotsuz uçan aparatı ilə məhv etdiyi Rusiyanın Pantsir S1 zenit raket komplekslərinin sirrini açmağı bacarıb.

Axar.az xəbər verir ki, bu iddia ilə Polşanın “Defence24” saytı çıxış edib.

“Liviya konflikti Türkiyə tərəfi, eləcə də Qərb dünyası üçün Rusiyanın ən yeni zenit raket kompleksləri ilə bağlı misilsiz informasiya mənbəyi ola bilər”, – deyə sayt bildirib.

Qeyd edək ki, bundan öncə Liviyada 4 gün ərzində 9 Rusiya istehsalı zenit raket kompleksinin məhv edildiyi açıqlanmışdı.
Şeyx: "Çoxarvadlılıq “Quran”da yazılıbsa, o, şeyxə də aiddir"“Əminəm ki, xalqımız gec-tez axtardığı yolu tapacaq”.

Publika.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin “Sevdalılar” kitabına müsahibəsini Modern.az yayımlayıb.

"Çoxarvadlılıq Allahın “Quran”da buyurduğu qanundu. Şəriətdə dörd arvada qədər evlənmək olar. Amma çoxlu şərtləri var. Gərək arvadların hamısına ədalətli olasan. Eyni cür sevəsən, mənəvi-maddi, şəhvani tələblərini bərabər ödəyəsən. İkincisi, şəriətə görə birinci arvadın uşağı olmursa, ya keçici xəstəliyi varsa, kişi ondan icazəsiz ikinci arvad ala bilər. Əgər bu səbəblər yoxdusa, ikinci arvad almaq üçün mütləq birincinin icazəsi olmalıdı. Üçüncünü almaq üçünsə hər iki qadının icazəsi lazımdı. Dördüncü də elə. Hanı indi belə kişi? Şəriətə görə bəzi məqamlarda çoxarvadlılıq vacibdi. Müharibələr zamanı nəsil artımı üçün. “Quran”da nə yazılıbsa, o, şeyxə də aiddir. Amma şeyxinizin bir arvadı var. İkincisinə, üçüncüsünə də ehtiyac duymuram".
Fransa ilə BƏƏ arasında GƏRGİNLİK - Gəmilər üz-üzə gəldiFransa donanmasına aid “Yan Bart” döyüş gəmisi Birləşmiş Ərəb Əmirliklərinin “Yal Laxmi” tankerinin qarşısını kəsib.

Publika.az xəbər verir ki, olay 22 may tarixində Liviyanın şərqindəki Tobruk limanında qeydə alınıb.

İddiaya görə, BƏƏ gəmisi silah embarqousunu pozaraq Tobruk limanına gəlib və qiyamçı general Xəlifə Haftara sadiq qüvvələrdən qaçaq yolla neft almaq istəyib.

ABŞ-ın “Blumberq” informasiya agentliyinin xəbərinə görə, 4 qərbli diplomat hadisəni təsdiq edib. Gəminin sahilə yaxınlaşmasına fransızlar tərəfindən 1 həftə icazə verilməyib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri Liviyada dəstəklədiyi Haftar qüvvələrinə maliyyə qaynağı təmin etmək üçün qaçaq yollarla ölkə neftini satmağa çalışır.

Xatırladaq ki, Haftar qüvvələri 18 yanvar tarixində Liviyada nəzarətlərində olan neft quyularında istehsalı dayandırdıqlarını açıqlamışdı. Liviyada neftin çıxarılması, emalı, satışı və ixracından məsul Milli Neft Qurumundan ötən gün verilən açıqlamaya görə, 18 yanvardan etibarən istehsalın azalması səbəbilə ölkə 4 milyard 943 milyon 976 min dollar zərərə uğrayıb.
Jurnalistin anası koronavirsudan vəfat etdi - FOTOBu gün səhər saatlarında "Supersport.az" saytının baş redaktoru Anar Cəfərsoyun koronavirus infeksiyasından əziyyət çəkən anası Zöhrə Cəfərsoy vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə ailənin yaxın dostu Araz Aslanlı özünün "Facebook" səhifəsində məlumat yayıb.

Qeyd edək ki, Anar Cəfərsoyun özü də COVİD-19 diaqnozu ilə xəstəxanada müalicə alır.
"Onların əsas məqsədi hakimiyyətə gəlmək və olan-qalan sərvətləri talamaq idi"O vaxt Azərbaycanın başında duran adam bilmirdi ki, Moskvanın o çinovniklərinin dabanını necə yalasın. Budur milli rəzalət.

Avrasiya.net xəbər verir ki, bunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında çıxışı zamanı deyib.

“Sovet İttifaqı dağılandan sonra bir neçə ay keçmədi, dərhal Xocalı soyqırımı törədildi. Azərbaycan hakimiyyəti öz vətəndaşlarını qoruya bilmədi. Xalqımıza qarşı qanlı cinayət, soyqırımı törədildi. Ondan bir neçə ay sonra - 1992-ci ilin may ayında Şuşa və Laçın işğal olundu. Kimdir günahkar? Azərbaycan Xalq Cəbhəsi. Bir nömrəli günahkar odur. Əlbəttə, o vaxtkı hakimiyyətin də günahı var. Çünki öz şəhərlərimizi qoruya bilmədi. Ancaq Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün xəyanət etmişdi. Şuşanın guya müdafiəsini təşkil edən adamlar satqınlıq edib, xəyanət edib, qaçıb gizlənmişdilər. Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Az kontingentlə oranı illərlə müdafiə etmək olar, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Belə də oldu. Sonra Laçını da satdılar. Hakimiyyətə gəldilər. Onların əsas məqsədi hakimiyyətə gəlmək və olan-qalan sərvətləri talamaq idi”, - deyə prezident bildirib.
Moskvada koronavirus qurbanlarının sayı artıbRusiya paytaxtında koronavirus qurbanlarının sayı artıb.

Modern.az xəbər verir ki, Moskvada koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 76 nəfər dünyasını dəyişib.

Rusiya Operativ Qərargahın məlumatına görə, bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 2330-a çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 379 051 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 8371 nəfər bu virusa yoluxub, 174 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 4142 nəfərdir, indiyədək 150 993 nəfər sağalıb.
Ölkəmizdə 56 nəfər koronadan dünyasını dəyişdiHazırkı dövrədək Azərbaycanda 4 min 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, onlardan 3 022 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat edib, 1681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda koronavirus REKORD VURDU: 191 yoluxma, 2 ölümAzərbaycanda 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3022 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat edib, 1681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 284.669 test aparılıb.