Sizin Reklam Burada

"Trampın bu yanaşması məntiqlidir"

"Trampın bu yanaşması məntiqlidir"Bunu "Xalq Cəbhəsi" qəzetinə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ABŞ Prezidenti Donald Trampın ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi haqqında imzaladığı sərəncama münasibətində açıqlayıb.

Xatırladaq ki, Tramp Ağ Evdə jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, bu sərəncam söz azadlığını, ABŞ vətəndaşlarının hüquqlarını qorumağa xidmət edir.
Prezidentin sözlərinə görə, belə bir sərəncamdan əvvəl sosial şəbəkələr “istədiklərini edə bilirdilər”. Amerikalı lider həmin saytlar tərəfindən hər hansı “aldadıcı və ya zərərli ticarət fəaliyyəti”nə yol verilməsi cəhdlərinin izlənilməsini Federal Ticarət Komissiyasına tapşırıb.

Tramp, həmçinin jurnalistlərin suallarını cavablandırarkən, “Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib.

ALDP sədri bildirib ki, sərəncam çox əhəmiyyətli və vacibdir: "Düzdür, Trampın bu sərəncamını başqa istiqamətə yozanlar da var. Məsələn, "Twitter" şirkətinin rəhbərliyi ABŞ prezidenti Donald Trampın sosial şəbəkələr haqqında fərmanını "irticaçı və siyasiləşdirilmiş" adlandırıb. Amma əslində bunu belə qəbul etmək düzgün deyil. Bu gün sosial şəbəkələr istənilən ölkədə azaddır, onu tənzimləyən qanun yoxdur. İstənilən şəxs sərbəs şəkildə istənilən sosial şəbəkədə öz fikirini bildirmək hüququna malikdir. Çox zaman bu hüquqdan başqa məqsədlər üçün də istifadə edilir. Terrorizmin təbliği, saxta profillərin açılması, çaşdırıcı məlumatların yayılması, əhali arasında təşviş, qorxuya səbəb ola biləcək informasiyaların ictimailəşdirilməsi, ictimai-siyasi sabitliyin pozulması, insanların şərəf və ləyaqətinin təhqiri və s. Bunlar hər bir ölkə və onun vətəndaşları üçün təhlükə deməkdir, cinayət deməkdir. Fikrimcə, ABŞ Prezidentinin bu sərəncamı düzgündür və dünyada mövcud reallıqlar baxımından diqqət çəkən bir seçimdir, reallığa cavab verən addımdır".

F.Əliyevin fikrincə, mahiyyət etibarilə sərəncama görə, nəhəng sosial media şirkətləri öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyur və bununla da “təhlükəli güc” tətbiq edirlər. “Twitter”, “Facebook”, “Instagram” və “YouTube” informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələri ilə insanların baxışlarını istədikləri istiqamətdə formalaşdırmağa çalışır və fikirlərə qarşı selektiv yanaşmalar tətbiq edirlər: "Məsələn, Twıtter ABŞ prezidenti Donald Trampın Minneapolisdəki etirazlar və toqquşmalarla bağlı paylaşımını “zorakılığa və şiddətə çağırış” adı altında məhdudlaşdırıb. Bundan öncə Tramp Twıtter-i seçkilərdə saxtakarlıq etmək, demokratçıların tərəfini tutmaq, Çinə qarşı lazımi təbliğat aparmamaqda ittihamlandırıb. Trampa görə, xüsusilə “Twitter” ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin “siyasi aləti” kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir, ABŞ-a qarşı informasiya təxribatları ilə məşğul olur. Trampın bu yanaşması məntiqlidir".

Partiya sədrinin fikrincə, sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir, onlayn platformaların fəaliyyəti şəffaf və hesabatlı deyil, onlar fikir azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyillər: "Bütün bunlar isə, ABŞ qanunlarına, xüsusilə Kommunikasiya Etikası Qanununun (Communications Decency Act) 230-cu bəndinə uyğun gəlmir. Ona görə də ABŞ-ın bu sahədə toxunulmazlığının sərhədləri aydınlaşdırılmalıdır. Trampın bu mövqeyi tam haqlıdır, sosial şəbəkələrin hüquqi tənzimlənməsinin vacibliyinin ABŞ-da da dərk olunmasını göstərir".

F.Əliyev bu mövzunun Azərbaycan üçün də aktual olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan da dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir: "İndi də təhdidlər mövcuddur, həm xaricdən, həm daxildən. İnternet azadlığı heç bir halda digər azadlıqları məhdudlaşdırmamalıdır, burada balansın əldə olunması üçün hüquqi tənzimlənmələr qaçılmazdır. Söz və fikir azadlığı istənilən fikrin internet üzərindən ictimailəşdirilməsi demək deyil. Əgər o fikir, milli və dövlətçilik maraqlarının qorunmasına xidmət etmirsə, qarşıdurmaya çağırışdırsa, təhqirdirsə, bu cinayətdir, yolverilməzdir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər