Pakayin Qarabağla bağlı kitab yazdı
Dərc olunub:
25-07-2024, 13:29
İranda "Fərhənge-Səbz" nəşriyyatı tərəfindən"Qarabağ münaqişəsi; başlanğıcdan sonadək" adlı kitab çapdan çıxıb.
Kult.az xəbər verir ki, kitabın müəllifi İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayindir.
196 səhifəlik kitabda Cənubi Qafqazın əhəmiyyəti, Qarabağ münaqişəsinin tarixi köklərindən bəhs edilir, daha sonra onun regional və beynəlxalq təsirləri, vasitəçilərin uğursuzluğunun səbəbləri araşdırılır.
Qeyd edək ki, bundan öncə də sabiq səfirin “Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış” adlı kitabı işıq üzü görüb.