"Palmali" müflis elan edildi, 261 milyonuna həbs qoyulduMartın 17-də FETÖ terror təşkilatının üzvü olması iddiası ilə həbs edilən iş adamı Mübariz Mənsimovun sahib olduğu “Palmali Holding Company Limited” müflis olub.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, məlumata görə, şirkətin müxtəlif ölkələrin banklarına ümumilikdə 900 milyon ABŞ dollaradək borcu var. Belə ki, İngiltərə Ali Məhkəməsinin qəbul etdiyi qərar sadəcə "Palmali Holding Company Limited" və Mübariz Mənsimovun şəxsini deyil, həm də sahib olduğu və əlaqəsi olduğu bütün aktivləri əhatə edir. Qurum Mübariz Mənsimov və şirkətin katibi Joanne Spiterin qərara əməl etmədiyi halda məsuliyyətə cəlb olunacağını və bütün aktivlərinin müsadirə olunacağını bildirib.

Bundan başqa, məhkəmənin qərarına əməl olunmadığı halda dünya miqyasında M.Mənsimovun birbaşa və ya dolayısı ilə iştirak etdiyi bütün şirkətlərin hesablarının və aktivlərinin dondurulmasını və ticarət əməliyyatlarını qadağan edilməsini nəzərdə tutur.

İngiltərə Ali Məhkəməsinin qərarına əsasən, Mübariz Mənsimov və “Palmali Holdinq”in İngiltərə və Uelsdəki ümumilikdə 261,94 milyon ABŞ dollarlıq aktivlərinə həbs qoyub.
Azərbaycanda daha bir məmur həbs olundu  Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən əhalini narahat edən müxtəlif sahələrdə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində prokurorluq orqanları tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, Masallı rayonun Ərkivan-Kosakül ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz olaraq qazılıb daşınması barədə Masallı rayon prokurorluğundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Masallı rayon Ərkivan bələdiyyəsinin sədri vəzifəsini icra etmiş Anar Rəcəbovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini qəsdən pozaraq 2015-2016-cı illər ərzində bələdiyyənin mülkiyyətində olan 5 hektar kənd təsərrüfatı kateqoriyalı, örüş təyinatlı torpaq sahələrinin xüsusi texnikanın köməkliyi ilə qazılaraq gil və qum çınqıl yatağının daşınması nəticəsində yararsız vəziyyətə salınmasına şərait yaradıb təbiətə ümumilikdə 644 min manat məbləğində ziyan vurmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş vətəndaşların dairəsinin müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Deputat Müdafiə nazirini tənqid etdiDeputat Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında müdafiə naziri Zakir Həsənovu sərt tənqid edib.

Deputat çıxışında Zakir Həsənovu və Nəcməddin Sadıqovu Azərbaycan dilini təmiz bilməməkdə günahlandırıb:

“Bilirsiniz ki, yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsi bizim üçün böyük bəladır. Dünən Zakir Həsənovun brifinqinə qulaq asdım. Ona Şuşadakı inauqurasiya ilə bağlı sual verdilər. Zakir Həsənov da, Qərargah rəisi Nəcməddin Sadıqov da azərbaycanca danışa bilmir. İzah edə bilmədilər. Bilirsən, sən Müdafiə nazirisən. Belə bir mərasim olan zaman sən dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalıydın. Amma biz susduq. Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın. Ancaq açılış baş tutmadı. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa müəyyən addımlar atmalıydıq”.

Deputat Siyavuş Novruzov isə bildirib ki, ehtiyac yaransa, müdafiə nazirini bura dəvət edərik o da təkliflərini verər:

“Biz hardan bilirik ki, müdafiə naziri Ali Baş Komandana öz təkliflərini verməyib?! Mən də bu məsələni çox ciddi şəkildə izlədim. Xaricdə oturan bəzi qüvvələr "Azərbaycan raket atmalıdır", "Şuşa bombalanmalıdır" dedilər. Bu artıq müharibənin başlanması deməkdir. Milli Məclis qərar qəbul etməlidir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün sülh danışıqlarını ikinci plana atmalıdır. Milli Məclisdə qərar qəbul edilmədən provakasiyaya getmək olmaz. Bu uşaq oyuncağı deyil. Ermənistan şou düzəldir. Beynəlxalq aləm bilir ki, Paşinyanın ora gəlməsi də şoudur. Biz bu məsələdə çox soyuqqanlılıqla düzgün qərar qəbul etməliyik. Müharibə istəyiriksə, bununla bağlı qərar verməliyik. 90-cı illərin yanaşması ilə bu məsələyə yanaşmaq doğru deyil. İndi "dayandoldurum" dövrü deyil. İndi raketlər dövrüdür. Bu məsələlərə yanaşanda həssas yanaşmalıyıq".
Jurnalistlər binasında koronavirus aşkarlandıBakının Bibiheybət qəsəbəsində yerləşən ikinci "Jurnalist binası"nda koronaviruslu xəstə aşkarlanıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında təcili tibbi yardım briqadası polisin müşaiyətilə binadakı mənzillərdən birində yaşayan jurnalist ailəsini karantinə alıb.





İş adamı İsfəndiyar Axundov həbs olunacaqmı?Baş Prokuror Kamran Əliyev məhkəmə qərarlarını ayaqlar altına atan iş adamı “Şərurlu İsfəndiyar” adı ilən tanınan İsfəndiyar Axundovun işini nəzarətə götürüb.

Son dövrlər ölkədə korrupsiya halları ilə bağlı həbslərin intensivləşdiyi vaxta çoxsaylı şikayətlər nəticəsində iş adamı Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundovun barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlayıb.

Bu barədə KANAL32.AZ-a zərərçəkmişlər Müzəffər Məmmədli və Mahir Abbasov məlumat verib. Onların sözlərinə görə fırıldaqçı tikinti şirkəti olan “MUR-AY” MMC-nin vətəndaşlara vurduğu zərəri aradan qaldırmaq məqəsdi ilə Prezident İlham Əliyevin tapşırığı ilə Bakı Şəhər İcra Hakimiyyəti başda olmaqla 17 dövlət qurum və təşkilatları, həmçinin “Şərur” MTK da bu problemin həllinə cəlb olunaraq birgə müqavilə imzalamışlar. Tapşırığa əsasən “Şərur” MTK-ya Yasamal rayonu, Kənar dairəvi küçəsi ünvanda (hazırda Məhəmməd Xiyabani küçəsi 11) 4 hektar torpaq sahəsı və Milli Bankdan on milyon (10 000 0000) AZN maliyə yardımı ayırlmışdır. Bunun müqabilində “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov “MUR-AY” MMC zərərçəkənlərini 2 il müddətdə, mənzillə təmin etməli idi.

Zərərçəkənləri mənzillə təmin etmək üçün bütün təşkilatlar öhdəliklərinə düşən yardımları tam olaraq təqdim etmələrinə baxmayaraq qanuntanımaz İsfəndiyar Axundov bu günə kimi biz 15 nəfər zərərçəkmişi mənzillə təmin etməmişdir.Məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qərarı bir ilə yaxındır qüvəyyə minsədə İ.Axundov qərarı icra etməkdən qərəzli şəkildə boyun qaçırır.

Bu müddət ərzində dəfələrlə şikayət etməyimizə baxmayaraq qərarın icra etməli olan Binəqədi rayon icra və probasiya şöbəsinin rəisi İlham Həsənov, nə də ona nəzarət edən İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova məhkəmə qərarını icra etdirmək arzusunda olmadıqlarını göstərirlər. Əksinə adıçəkilən şəxslər sırf şəxsi maraqlar naminə müxtəlif bəhanələrlə onu müdafiə edirlər. Uzun illərin cəzasızlığından ruhlanan bu “iş adamı” o qədər cəsarətlənmişdir ki, hətda dövlət başçısının götərişi ilə ayrılmış vəsaitin böyük hissəsini şəxsi istək və arzuları üzrə mənimsəmişdir. Bunun sübutu üçün məhkəmə qərarı ilə işə cəlb edilmiş audit hesablamasının nəticələrinə baxmaq kifayət edir.Məhkəmənin təyin etdiyi audit “Şərur” MTK-nın sahibi “məğlub edilməz” iş adamı İsfəndiyar Axundovun törətdiyi təkzibedilməz cinayət tərkibli faktlar açıq-aşkar ortaya qoymuşdur. Lakin ona gözün üstündə qaşın var deyən belə tapılmır, əksinə Nurəddin Mustafayev kimi bürokratlar şəxsi maraqları naminə var gücləri ilə ona “krışalıq” edirlər. Auditorlar Palatasının 08 oktyabr 2018-ci iltarixli aktda “Şərur” MTK-nın sahibi “məğlub edilməz” iş adamı İsfəndiyar Axundovun törətdiyi təkzibedilməz mənimsəmə və cinayət tərkibli faktlar açıq-aşkar ortaya qoyulmuşdur.

İ.Axundov uzun illər keçmiş Baş Prokuror Zakir Qralovun himayəsinə sığınaraq vətəndaşların hüquqlarını ayaq altına ataraq dövlət tərəfindən ona ayrılmış külli miqdarda pulu və torpaq sahəsini mənimsəmişdir. Həmçinin “Mur-ay” zərəçəkmişlərinə ayrılmış Yasamal rayonu Kənar Dairəvi küçəsi ünvanda torpaq sahəsində Jasmine Park salaraq (hazırda tikinti işləri davam edir) inşa etdiyi ticarət mərkəzlərini ərəb iş adamlarına satmışdır. Lakin hazırda yeni Baş Prokuror Kamran Əliyev təyin ediləndən sonra artıq şikayətimiz nəzarətə götürülüb və şikayətçilərin izahatı alınıb. Sözügedən iş əvvəl Rəşad İsgəndərovun icraatında olmuş, hazırda isə Yusif Novruzovun icraatındadır. Bizim əlimizdə olan faktlar İ.Axundovun həbs edilərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər hüquqi zəmin yaradır. Odur ki, həmin şəxsin həbs ediləcəyini gözləyirik.
PATRIOT TV-nin rəhbəri soydaşlarımıza mūraciət edib - Onlara qarşi cox ciddi tədbirlər görūləcəkPATRIOT TV kanalinin baş redaktoru Ceyhun Əliyevin soydaşlarımıza mūraciəti!

Əziz həmvətənlər!

Artiq uzun illərdi ki, Rusiyada yaşayan soydaşlarimiz arasinda birliyə nail ola bilmirik.

Apardigim araşdirmalar zamani bela nəticəyəm gəldim ki, by birliyin yaranmamasi ūcūn həm xarici, həmdə daxili qūvvələrin təsiri cox böyūkdūr.

Mən azad bir mətbuat orqanı olaraq, xalqımızın birliyinə mane olan, istər xarici, istərsədə daxili qūvvələrin rəhbərlərini xəbərdar edirəm. Əgər onlar mənfur əməllərindən əl cəkməsələr, onlara qarşi cox ciddi tədbirlər görūləcəkdir.

Artiq bizim birliyimizə mane olan qruplaşmalar və xaricdən onlara dəstək olan təşkilatlar haqqında məlumatimiz var.
Mən soydaşlarımıza mūraciət edirəm və onlardan təxribatlara uymamaga, birliyimizə mane olan ikiūzlū insanlari dərhal ifşa edib ūzə cixartmaga cagiriram.
PATRIOT TV kanali olaraq, haqq yolumuzda bizə mane olan hər bir insani, kimliyindən asili olmayaraq ifşa edib xalqin mūzakirəsinə çıxardacagıq.

Biz artiq gözləmə mövqeyindən, hərəkətə kecməliyik.
Allah xalqımlzı qorusun.

Allah bizi xarici və daxili dūşmənlərimizdən qorusun.
Bütün soydaşlarlmızı, saglam qūvvələrin ətrafinda birləşməyə cagırıram!

PATRIOT TV kanalının baş redaktoru
Ceyhun Əliyev
İctimai Liderlər Platforması əhaliyə müraciət edibKoronavirus pandemiyasının yayılması ilə bağlı
yaranmış vəziyyətlə əlaqədər ölkə əhalisinə

M Ü R A C İ Ə T
Bakı şəhəri 31 may 2020-ci il.

Əziz həmvətənlər!

Sizə ölkəmiz və ümumilikdə, dünya üçün mürəkkəb və çətin bir dövrdə, dövlətimizi və cəmiyyətimizi narahat edən təhlükə ilə bağlı 35 ictimai təşkilatı təmsil edən İctimai Liderlər Platforması adından çağırış-müraciət etmək zərurəti yaranmışdır.

Çox təəsüf ki, hal-hazırda bütün yer üzünü bürüyən müdhiş bir bəla – koronavirus pandemiyası hər gün minlərlə insanı öz cənginə alır, gündən-günə insanların həyatdan getdiyi xəbərlərini ürək agrısı ilə eşidir və bundan çox kədərlənirik.
Bizim ölkəmiz bu bəla ilə mübarizədə ölkə Prezidentinin birbaşa təşəbbüsü ilə vaxtında, operativ və dəqiq müəyyənləşdirilmiş qərarlar, atılan ciddi addımlar nəticəsində daha az itki verdi, xəstəliyin təsir dairəsini xeyli məhdudlaşdırdı və bu nəticələr bir çox ölkələr üçün nümunə kimi qiymətləndirildi. Dövlət öz üzərinə düşən məsuliyyəti yerinə yetirərək, bütün qabaqlayıcı tədbirləri həyata keçirdi, karantin rejimini elan etdi, xarici sərhədləri bağladı, xüsusi fond, maska istehsalı ilə bağlı müəssisələr yaradılmasına dəstək verdi, müayinə və müalicə üçün yeni tibbi kompleks tikdi, xəstəxanaları səfərbər etdi, sosial dəstək aksiyaları və digər təxitəsalınmaz tədbirləri həyata keçirdi.

Lakin, buna baxmayaraq, son müşahidə etdiyimiz proseslər və nəticələr həyəcan təbilini çalmağa, təcili tədbirlər görməyə, hər birimizi ciddi düşündürməyə əsas verir. Xəstəlik əksər yaşayış məntəqələrimizdə surətlə yayılmaqda davam edir, onun təsir dairəsi və coğrafiyası genişlənir. Bu əlbəttə ki, həyatımızın bütün - təhsil, elm, mədəniyyət, səhiyyə, sosial, iqtisadiyyat, istehsalat və s. sahələrdə ciddi problemlər yaradır. Vətəndaşların yaşam tərzində, hüquqlarında, hərəkətində müəyyən məhdudiyyətlərin qoyulmasına səbəb olur.
Əziz həmvətənlər! Təcrübə göstərdi ki, bu amansız yoluxucu xəstəliklə mübarizə tək dövlətin gücü ilə mümkün deyil. Ölkə əhalisinin, hər bir vətəndaşın lazımi dəstəyi, məsuliyyəti, töhvəsi olmadan bu bəladan itkisiz qurtula bilmərik. Dövlətin gördüyü tədbirlər ahəngdar olaraq əhalinin fəaliyyəti ilə tamamlanmalıdır. Çox təəsüf ki, çoxumuz əksini edirik.

Dünyanın əksər ölkələrində əhali bu xəstəliklə ölüm-dirim mübarizəsində olarkən əhalimiz, sakinlərimiz qəbul olunan qərarlara etinasızlıq, məsuliyyətsizlik göstərir, hətta, təəsüf ki, aramızda can alan bu xəstəliyə inanmayanlar və bunu təbliğ edənlər də tapılır.

Bütün çağırışlara baxmayaraq, insanlar küçədə maska taxmadan gəzir, nəfəs-nəfəsə alver edir, biri-biri ilə sosial məsafə saxlamadan yaxından təmasda olur, növbələrə durur, hətta, evlərdə məclislərə, parklarda kütləvi toplaşmağa, kütləvi tədbirlərə belə əl atırlar.
Dəyərli həmvətənlər! Biz hamımız birlikdə, şüurlu şəkildə, mövcud tələblərə uyğun davranmasaq bu cağrılmamış qonağın - koronavirusun caynağından qurtara bilməyəcəyik. Ölüm saçan bu təhlükə ölkəmizdə, şəhər-kəndlərimizdə, küçələrimizdə dəhşətli bir kabus kimi dolanmaqdadır! Bu gün həyatımız tək dövlətin, cəmiyyətin əlində deyil, həm də əsas hər birimizin öz əlindədir. Hər bir adamın etdiyi etinasızlıq yüzlərcə insanın həyatına son qoya bilər.

Hamınızı xəstəliklə ciddi mübarizəyə, “Ehtiyatlı ol!” rejiminə keçməyə, özümüzü və əzizlərimizi təhlükədən qoruyaraq, həyatımızı xilas etməyə səsləyirik.
Ölkəmizin, xalqımızın gələcəyi, genofondumuzun təhlükəsizliyi naminə, hamınızı bu çağırışlara ciddi yanaşaraq, qoyulan qaydalara məsuliyyətlə əməl etməyə - maska taxmağa, sosial məsafə saxlamağa, ehtiyac olmadıqda küçəyə çıxmamağa, tibbi gigiyenik və sanitar epidemoloji qaydalara əməl etməyə, son dərəcə ehtiyatlı olmağa çağırırıq!
Yalnız birgə həmrəyliyimiz, birliyimiz, sosial və vətəndaşlıq məsuliyyətimiz bizi bu ümumi bəladan qurtara bilər!

35 ictimai təşkilatı təmsil edən İctimai Liderlər Platforması
Deputatlar iclasa maskada gəldilərMilli Məclisin bugünkü plenar iclasına bütün deputatlar tibbi maska ilə qatılıb.

Avrasiya.net xəbər verir ki, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli təklif edib ki, parlamentin sədri Sahibə Qafarova iclası apardığı üçün tibbi maskanı çıxarsın.

Onun təklifi qəbul edilib, S.Qafarova taxdığı tibbi maskanı çıxarıb.
Sosial şəbəkələrə ciddi nəzarət olmalıdır ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrlə bağlı imzaladığı fərman bu mövzuda müzakirələri, bu sahəyə diqqəti bir daha artırıb. Düşünürəm ki, Amerika kimi demokratik ənənələri olan, demokratiya və söz azadlığına önəm verən dövlətin başçısının belə bir fərman imzalaması bu sahədəki durumun tənzimlənməsinə olan ehtiyacdan irəli gəlib.

Bunu Avrasiya.net-ə Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

M.Göyüşlü qeyd edib ki, Azərbaycanda da sosial şəbəkə istifadəçilərinin ötən hər gündə artması, bu platformanın ictimai rəyə təsir imkanlarının genişlənməsi mövzunun bizim üçün də aktual olduğunu söyləməyə əsas verir: "Xüsusən nəzərə almalıyıq ki, koronavirus pandemiyası, karantin qaydaları internetin, sosial şəbəkələrin təsirini, nüfuzunu, onlara olan ehtiyacı daha da artırıb. Bu baxımından mən sosial şəbəkələrin ancaq mənfi yöndə təsir etdiyini, onların mütləq bağlanması, onlarla bağlı sərt qərarlar qəbul edilməsi fikirlərini tam olaraq bölüşmürəm. Ümumiyyətlə, sosial şəbəkələri bir sel kimi təsəvvür etsək onun qarşısını tam olaraq almaq mümkünsüzdür deyə bilərik. Belə olduğu üçün mən təklif edirəm ki, bu gücün qarşısını almağa deyil, onu yönləndirməyə daha çox cəhd göstərməliyik. Bu həm daha asandır, həm də daha effektiv nəticələr verə bilər. Yönləndirmə dedikdə Azərbaycanın dövlətçilik və milli maraqlarını önəmsəyən şəxslərin sosial şəbəkələrdə dövlət və dövlətçiliklə bağlı məqamlara qarşı aktiv mövqe göstərməsi, bu platformanın imkanlarından istifadə edərək həqiqətlərin təbliğində fəal olması lazımdır. Əgər fəal və vətənpərvər şəxslər sosial şəbəkələrdə hansısa anti-Azərbaycan, anti-dövlət və s. bu kimi məqamlarla qarşılaşılaşsalar onlara qarşı aktiv vətəndaş mövqeyini bildirmələri lazımdır".

Siyasi şərhçinin fikrincə, amma bəzən də elə olur ki, sosial şəbəkələrdə ictimai rəyə təsir edən, Azərbaycan dövlətinin milli maraqlarının əleyhinə çıxış edən böyük səhifələr və qruplar aktivlik edir. Onların təbliğatının dövlətə və dövlətçiliyə çox böyük ziyan vurduğunu hər kəs görür. Bu təbliğata qarşı aktiv vətəndaşlıq mövqeyi göstərməyin də mənasız olduğu təsdiqləndikdən sonra əlac yalnız bir məqama qalır: aidiyyatı dövlət qurumlarının müdaxiləsinə. Ya həmin səhifələrin və ya qruplarının idarəedicilərinə xəbərdarlıq etmək, ya da onları birdəfəlik bağlamaq: "Belə ziyanlı məqamlar ortaya çıxacağı təqdirdə Azərbaycan dövlətinin rəsmi qurumlarının, Prezident İlham Əliyevin sosial şəbəkələrlə bağlı hansısa məhdudlaşdırıcı qaydalar tətbiq etməsini normal qarşılayacağam. Çünki, Azərbaycan dövlətçiliyinin əleyhinə sosial şəbəkələrdə aktivlik göstərən, söyüş, təhqir, əxlaqa uyğun olmayan təbliğat aparan səhifə və qruplara məhdudlaşdırıcı qaydalar tətbiq etməsək gələcəkdə çox böyük problemlərlə qarşılaşa bilərik".
Sosial şəbəkələrdən zillət çəkən təkcə Tramp deyil"Statista.com"un verdiyi bilgiyə görə, 2020-ci ilin birinci yarısında sosial şəbəkələrin günlük izləyicilərinin sayında artım olub, təqribən 3 milyard 80 milyon nəfərə çatıb. 2019-cu ilin sonunda bu rəqəm 2 milyard 950 milyon nəfər idi.

İstifadəçilərin böyük qismi Facebook-un payına düşür: günlük istifadəçi təqribən 1 milyard 730 milyon nəfər. Ümumilikdə isə 2 milyard 498 milyon insan bu şəbəkədən istifadə edir. İzlənmə sayına görə ikinci yerdə Youtube-dur. 2020-ci ilin ilk yarısında təqribən 2 milyard insan ondan mütəmadi qaydada istifadə edib. Nəzərə alsaq ki, irili-xırdalı sosial şəbəkələrin sayı 100-dən artıqdır, nəticə çıxır ki, dünya əhalisi sosial şəbəkələr üzərindən yayılan informasiyanın təsiri altındadır. Sürətli artım sosial şəbəkələrin təkcə auditoriyasını əhatə etmir; maliyyə gəlirləri də yüksələn xətt üzərindədir. Facebook -un 2018-ci ilə qədər 20 milyard dollar civarında olan gəlirləri həndəsi silsilə ilə artaraq, 2019-cu ildə70 milyard dolları keçib. Digər şəbəkələrdə də durum bənzərdir və bu, artıq maliyyə baxımından yenilməz güc mənbəyi deməkdir, ambisiyalar üçün yol açır. Problem də bu nöqtədən başlayır:

"Keyfiyyətli Jurnalistika uğrunda Qlobal Platforma"nın (KJUQP) təmsilçisi Jeremy Dear yazır ki, texnoloji nəhənglərin qurduqları "sosial şəbəkələr" təmərküzləşir, öz aralarında şəbəkələşir, müstəqil güc mərkəzinə çevrilir və iqtisadi, siyasi mühitə, maliyyə məkanına müdaxilə edirlər. Jeremy Dear nümunə olaraq GAFAM-ı (Google, Apple, Facebook, Amazon, Microsoft) göstərir. Platforma təmsilçisinin açıqlamasına görə, bir əldən idarə olunan GAFAM-ın ümumi gəlirləri təqribən 900 milyard dollar dəyərindədir. Hüdudsuz maliyyə imkanlarına malik olan bu birliklər öz ambisiyalarına əks gələnləri əzib keçirlər. Onlar dünyanın siyasi-iqtisadi düzənini dəyişməkdə iddialı görünürlər. Qurmaq istədikləri yeni düzən isə ədalətsizdir; əldə etikləri gəlirlər başqalarının halal haqqıdır. KJUQP-nın hesablamalarına görə, GAFAM qrupuna daxil şirkətlər, xüsusilə Google və Facebook jurnalistləri, peşəkar KİV-ləri istismar edir, onların məhsullarından böyük qazanc götürürlər. Müstəqil media, yerli KİV-lər xəbəri istehsal edirlər, amma həmin xəbərləri sosial şəbəkələr yayırlar, nəticədə sosial şəbəkələr milyardlıq sayı olan auditoriyaya, həmçinin maliyyə gəlirinə sahib çıxırlar. Xəbərin əsas istehsalçısı olan peşəkar KİV-lərə gəlməli olan reklamlar sosial şəbəkələr üçün axır. Facebook və Google bütün rəqəmsal reklam dövriyyəsinin təqribən 61% -nə sahibdirlər. Qarşılığında isə heç normal vergi də ödəmirlər.

"Keyfiyyətli Jurnalistika uğrunda Qlobal Platforma" (KJUQP) bəyan edir ki, GAFAM-a ayrı-ayrı ölkələr üzrə 6 % səviyyəsində vergi tətbiq edib əldə edilən gəliri peşəkar jurnalistikanın inkişafına yönəltmək, bununla da jurnalistikaya 54 milyard dollar qazandırmaq mümkündür: "GAFAM son on ildə qlobal səviyyədə 100 milyard dollarlıq vergidən yayınıb. Hansı ki, o vergi başqalarının payıdır, gəliridir". Vergi ödəmək əvəzinə Google və Facebook "seçilmiş KİV təşkilatlarına" az həcmdə qrant verərək özlərini "müqəddəs xilaskar" kimi göstərməyə çalışırlar: "Biz onların masalarından qalan qırıntıları istəmirik, ədalətli vergi ödəmələrini istəyirik".

Başqa təkliflər də var. Amma bu təkliflərin reallaşdırılması müşkülə dönüb. Çünki GAFAM da daxil olmaqla, texnoloji nəhənglər, "sosial şəbəkə" idarəçiləri həmin təkliflərin gerçəkləşdirilməsinə mane olurlar. KJUQP təmsilçisi yazır ki, "illərdir onlar hökumətləri təhdid edirlər. Hökumətlər texnologiya nəhənglərindən, sosial şəbəkə idarəçilərindən ehtiyat edir, onlara ədalətli vergi yükü tətbiq etməkdən çəkinirlər.

Sosial şəbəkələrin qaydasız davranışları təkcə vergi məsələsinə aid deyil. Qlobal rəy sorğusu iştirakçılarının cəmi 23 faizi sosial şəbəkələr üzərindən yayılan xəbərlərin doğruluğuna inanırlar. Digərləri isə sosial şəbəkələri "fake xəbər" yayıcısı adlandırırlar. Sosial şəbəkələr barəsində universal normativ standartların olmaması burada feyk məlumatların, mənəvi-əxlaqi normalara zidd materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına şərait yaradır. Sosial şəbəkələr üzərindən ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil edilir, siyasi kataklizmlər formalaşdırılır. Azərbaycan da xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir.

Amma sosial şəbəkə idarəçilərinə təsir göstərmək, onları qanunlar çərçivəsində fəaliyyət göstərməyə məcbur etmək ayrı-ayrı ölkələrin gücü daxilində deyil. Dövlətlərarası təşkilatlar gücü koordinasiya etməli, "bu nəhənglərə öz yerlərini göstərməlidirlər". KJUQP təklif edir ki, Avropa Birliyi qismində dövlətlərarası təşkilatlar, ya da ABŞ kimi super dövlətlər bu məsələdə məsuliyyəti öz üzərlərinə götürməlidirlər.

Son günlərin hadisələri, ABŞ prezidenti Donald Trampla bağlı yaşanan gərginlik göstərir ki, KJUQP-un arqumentləri gerçəkdir: texnologiya nəhənglərinə, "sosial şəbəkə" idarəçilərinə qarşı çıxmaq, ədaləti bərpa etmək, onları qanunlar çərçivəsində fəaliyyətə məcbur etmək nəinki ayrı-ayrı kiçik dövlətlərin, hətta böyük ölkələrin də imkanları xaricindədir. Məsələn, bir zamanlar Donald Trampın əsas informasiya dəstəkçisi olan Twitter, indi "xidmətinin qarşılığını almaq" iddiasına düşüb. İstədiyini almayında güc göstərir, Trampı təzyiq altında saxlamağa çalışır. Twitter administrasiyası Trampın tvitlərini gizlətməyə, bloklamağa başlayıb, onlara "saxta, yalan ola bilər" işarəsi əlavə edir. Ciddi hadisədir. "Sosial şəbəkə" idarəçiləri əvvəllər kiçik olkələri hədəf seçir, böyük dövlətlərin yanında yer tuturdularsa, indi vəziyyət dəyişib. Artıq "sosial şəbəkə" idarəçiləri özləri böyük gücdürlər, dünyanın super dövlətini, onun rəhbərini də hədəf alırlar. Tramp "sosial şəbəkələri" xəfifə alıb, üzərlərinə gedib; Twitteri ABŞ-da bağlaya biləcəyini elan edib. Ardınca da mayın 28-də "Onlayn senzuradan müdafiə barədə" Sərəncam imzalayıb; sosial şəbəkələrin tənzimlənməsi üçün yol açıb. Tramp hesab edir ki, Twitter də daxil olmaqla, sosial şəbəkələrin fəaliyyəti ABŞ qanunlarına, xüsusilə Kommunikasiya Etikası Qanununun (Communications Decency Act) 230-cu bəndinə uyğun gəlmir. Onlar qanunları ayaqlayır, öz şərtlərini diktə edirlər. Bu qarşıdurmada sosial şəbəkə idarəçiləri haqsızdırlar; əgər elan etdikləri kimi, informasiya yayımı da, sadəcə, texniki təminatçıdırlarsa və məzmuna qarışmırlarsa (onlar digər ölkələrdə qarışıqlıq salanda belə deyiblər), onda Trampın tvitlərinin məzmununa müdaxilə edə, onları bloklaya bilməzlər. Hansısa siyasi tvitə yalan, böhtan, saxta işarəsi qoymaq sosial şəbəkə platformasının funksiyasına daxil deyil. Amma görünən budur ki, siyasi məzmuna müdaxilə edirlər, dövlətlərə, dövlət başçılarına təzyiq göstərirlər. Trampın imzaladığı "Onlayn senzuradan müdafiə barədə" sərəncamın mətnindən belə nəticə çıxır ki, "nəhəng sosial media şirkətləri öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyur və bununla da "təhlükəli güc" tətbiq edirlər; "Twitter", "Facebook", "Instagram" və "YouTube" informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələri ilə insanların baxışlarını istədikləri istiqamətdə formalaşdırmağa çalışır, fikirlərə qarşı selektiv yanaşmalar tətbiq edirlər; "Twitter" ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin "siyasi aləti" kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir, ABŞ-a qarşı informasiya təxribatları ilə məşğul olur.

Sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir; fəaliyyətləri şəffaf və hesabatlı deyil. Onlar fikir azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyillər" və sair.

Onlayn platformaların genişlənməsi və təsirlərinin hədsiz dərəcədə artırması onların fəaliyyətinin tənzimlənməsini zəruri edir. Tənzimləyici addımlar atmaq təşəbüsü, ilk olaraq, ABŞ-dan gəlməyib. Bundan öncə Avropada bir sıra dövlətlər, o cümlədən Almaniya sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul ediblər. İndi sosial şəbəkələrin hüquqi tənzimlənməsinin vacibliyi ABŞ-da da dərk olunmağa başlayıb.

Tramp açıq savaşa girib, ABŞ-ın bu sahədə toxunulmazlığının sərhədləri aydınlaşdırmağa çalışır. Hüdudsuz hakimiyyətə, iqtisadi-maliyyə gücünə malik olan sosial şəbəkələr də buna qarşılıq veriblər, ABŞ prezidenti ilə baş-başa gəliblər. Kim qalib gələcək?

Müşfiq Ələsgərli