Bakıda autizm xəstəsi olan uşaq itkin düşdü
Dərc olunub:
25-07-2024, 11:12
Bakının Binəqədi rayonunda autizm xəstəsi olan yeddi yaşlı uşaq itkin düşüb.
Avrasiya.net xəbər verir ki, Biləcəri qəsəbəsində yaşayan, autizm xəstəliyi olan, 2017-ci il təvəllüdlü Məmmədov Mehman ötən gün yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində araşdırma aparılır.
Son xəbərlər
