31 may 09:49dunya

Səudiyyə Ərəbistanı da koronavirusa görə Çini geridə qoydu

Səudiyyə Ərəbistanında koronavirus (COVID-19) sürətlə artmaqdadır.

Ötən gün ölkədə daha 1618 nəfərdə infeksiya aşkarlanıb, 22 nəfər virusun qurbanı olub.

Bununla da Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 83 384-ə, ölənlərin sayı isə 480-ə yüksəlib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı COVID-19-a yoluxma sayına görə pandemiyanın vüsət aldığı Çini (83 001) geridə qoyub. modern.az
XƏBƏR LENTİ
SORĞU