Sizin Reklam Burada

Azərbaycan və Qazaxıstan hərbi kəşfiyyata dair saziş bağlamağı planlaşdırır

Azərbaycan və Qazaxıstan hərbi kəşfiyyata dair saziş bağlamağı planlaşdırırAzərbaycan və Qazaxıstan terror və ekstremist təşkilatlar haqqında hərbi kəşfiyyat məlumatlarının mübadiləsini həyata keçirməyi planlaşdırır.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan və Azərbaycan arasında müdafiə sahəsində hərbi kəşfiyyata dair əməkdaşlıq haqqında saziş layihəsinin müzakirəsi avqustun 6-dək davam edəcək.

Layihəyə əsasən, tərəflər, həmçinin müdafiə nazirliklərinin şəxsi heyəti üçün birgə döyüş hazırlığı tədbirləri keçirmək niyyətindədirlər.
“Mübahisə və fikir ayrılıqları heç bir milli, beynəlxalq məhkəmə və ya üçüncü tərəfə təqdim edilmədən ikitərəfli danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir”, - saziş layihəsində bildirilib.

Hərbi kəşfiyyata dair saziş 5 il müddətinə bağlanır.

Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci il avqustun 27-də qurulub.

İkitərəfli müqavilə-hüquq bazasına əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 70-ə yaxın sənəd daxildir.
Hər iki ölkə BMT, MDB, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər