Sizin Reklam Burada

"Vətənimizin, rifahı, daha da çiçəklənməsi naminə sağlam mühit və gözəl günlər arzulayıram!"

"Vətənimizin, rifahı, daha da çiçəklənməsi naminə sağlam mühit və gözəl günlər arzulayıram!" Milli Məclisin deputatı Kəmaləddin Qafarov Müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

- Əziz həmvətənlər!

Bütün müsəlman aləmi bu günlər – on bir ayın sultanı sayılan Ramazan ayının sonunda – orucun başa çatması münasibəti ilə müqəddəs Ramazan bayramını böyük sevinc və təntənə ilə qeyd edir.

Hər bir müsəlman üçün çox böyük önəm daşıyan Ramazan ayında oruc tutulmasının tarixi 622-ci ildən başlanır. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlülüyü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bütün bu keyfiyyətlər oruc tutmaqla ifadə olunur. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.

Ramazan ayı islamda ilin ayları arasında ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Orucluq hicri tarixin ikinci ilində Məhəmməd peyğəmbər tərə-findən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olunandan öz tarixini başlayır. Məhz Ramazan ayının gecələrindən birində müsəlmanların müqəddəs kitabı Qurani-Kərim nazil olub. Həmin gecə “qədr” və ya “əhya” gecəsi adlanır. Qədr gecəsinin konkret hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, Qədr gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-ci gecələrindən biridir.

Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar.

Orucluq (Ramazan) bayramı Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən rəsmi bayram statusu qazanıb. 1993-cü ildən etibarən Azərbaycanda Ramazan bayramı dövlət səviyyəsində qeyd olunur.

Orucluğun başa çatdığı gün fitr (fitrə də deyilir) bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirləri ziyarət olunur, ruhlarına dualar oxunur. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir. Həmin günlər bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər.

Təəssüf ki, bu il koronavirus pandemiyası bütün dünyada, eləcə də ölkəmizdə Ramazan bayramını ürəyimizdən keçən kimi, geniş şəkildə qeyd etməyə imkan vermir. Xalqımızın, doğma və əzizlərimizin sağlamlığı üçün bu bayramı məsafəli şəkildə, onları və digər vətəndaşlarımızı təhlükə altına almadan, hazırkı dövrün tələbləri səviyyəsində qeyd etməyə məcburuq. İnşallah, bu bayramda ürəyimizdə qalanları qarşıdakı illərdə azad və sağlam şəkildə, sevinclə yaşayarıq.

Əziz həmvətənlər! Sizi Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, əmin-amanlıq, ruzi-bərəkət, Vətənimizin, rifahı, daha da çiçəklənməsi naminə sağlam mühit və gözəl günlər arzulayıram!

#kqafarovaz #yap #yeniazərbaycanpartiyası #yapbinəqədi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər