24 may 08:06region

Ruhani xəbərdarlıq etdi: ABŞ tankerlərimizi vursa...

Ruhani xəbərdarlıq etdi: ABŞ tankerlərimizi vursa...Əgər neft tankerlərimiz Karib dənizində və ya dünyanın başqa bir yerində amerikalılar tərəfindən problemlə qarşılaşsa, bunun qarşılığında onlar da problem yaşayacaq.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Qətər əmiri Şeyx Təmim bin Həməd əs-Sani ilə telefon danışığı zamanı deyib.

Prezident bildirib ki, İran müharibə tərəfdarı deyil: “Ancaq ölkənin suverenliyi, ərazi bütövlüyü və milli təhlükəsizliyinə qarşı təhdidlərə laqeyd qalmayacağıq. Ümid edirik ki, amerikalılar səhv etməyəcək”.

Qeyd edək ki, İran mətbuatı 5 neft tankerindən ilkinin sabah Venesuela sahillərinə çatacağını açıqlayıb. ABŞ isə bu tankerlərə qarşı 4 hərbi gəmisini göndərib.
XƏBƏR LENTİ
SORĞU