AB ölkələri limanlarını Rusiya gəmiləri üçün bağladıAvropa Birliyinin bütün ölkələri öz limanlarını Rusiya gəmiləri üçün bağlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

“AB-nin ruslara qadağa ilə bağlı direktivi qüvvəyə minib. Bu qadağa Rusiya bayrağı altında qeydiyyatdan keçmiş bütün gəmilərə şamil edilir”, - Yermak bildirib.

O əlavə edib ki, müəyyən istisnalar var və məhdudiyyət SOS siqnalı (Mayday) göndərən gəmilərə şamil edilməyəcək. Onlarla bağlı qərarlar fərdi qaydada qəbul ediləcək.
Belarus Qərb ölkələrinə xəbərdarlıq edibBelarus ordusu qonşu Qərb ölkələrinin mümkün təxribatına cavab verməyə hazırlaşır.

Bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.

Volfoviç Minskə qarşı təcavüz olacağı təqdirdə dağıntı və partlayışların da həmin ölkələrin ərazisində olacağını vurğulayıb.

Təhlükəsizlik Şurasının dövlət katibi qonşu ölkələrdə hərbi və hərbi texnikanın və silahların sayının artdığını, hərbi infrastrukturun modernləşdirildiyini, Belarus sərhədləri yaxınlığında hərbi aviasiya uçuşlarının tez-tez həyata keçirildiyini, həmçinin böyük vəsaitlərin ayrıldığını qeyd edib.

Volfoviçin sözlərinə görə, Belarus planlı döyüş hazırlığı tədbirləri həyata keçirir.
Çin J-20 qırıcılarını bu bölgəyə yerləşdirirÇin Şərqi və Cənubi Çin dənizlərinə ən müasir qırıcıları olan J-20-ləri yerləşdirir.

Axar.az xəbər verir ki, bu barədə CNN kanalı məlumat yayıb.

Bildirilir ki, qırıcılar bölgədə patrul fəaliyyətlərini yerinə yetirəcəklər.

Qeyd edək ki, Çin, demək olar ki, bütün Cənubi Çin dənizinin suveren ərazisi olduğunu iddia edir.
Xərçəngi səslə aşkar etmək üçün üsul tapılıbSəsdəki dəyişikliklər ağız xərçənginin əlaməti ola bilər.

"Report" xəbər verir ki, bu barədə "Daily Express" Böyük Britaniya Milli Səhiyyə Xidmətinə istinadən yazır.

Mütəxəssislər ağızda şişin yanaqların, damaqların, dodaqların və ya diş ətlərinin daxili hissəsində inkişaf edə biləcəyi barədə xəbərdarlıq edib.

Xəstəliyin varlığını göstərə bilən əlamətlər arasında səs dəyişikliyi ilə yanaşı, udma çətinliyi, çəki itkisi, ağızda qanaxma, dişlərin boşalması, çənənin hərəkətində çətinlik, selikli qişada qırmızı və ağ ləkələri də qeyd ediblər.

Milli Səhiyyə Xidməti bu əlamətlərə görə təşvişə düşməməyə çağırsa da, həkimə müraciət etməyi mütləq tövsiyə edir.
Tunisdə içərisində Azərbaycan vətəndaşları olan gəmi batdıTunisin Qabes şəhərinin limanı yaxınlığında ticarət gəmisi batıb.

Bu barədə "Mosaique FM" radiostansiyası məlumat yayıb.

Mənbənin məlumatına görə, gəminin Türkiyə və Azərbaycan vətəndaşları olan yeddi ekipaj üzvünün hamısı xilas edilib.

Qabes xəstəxanasına çatdırılan zərərçəkənlərin vəziyyəti stabil qiymətləndirilir.

Bildirilir ki, Ekvatorial Qvineyadan hərəkət edən gəmi su sızması səbəbindən batmağa başlayıb, bundan sonra ekipaj üzvləri siqnal məşəlləri atıblar və bu, sahil mühafizəsinin diqqətini çəkib.
Putini nüvə müharibəsindən çəkindirə biləcək şəxs ODURUkrayna Prezidenti Aparatının müşaviri Aleksey Arestoviç bildirib ki, Rusiya NATO ölkələrinə nüvə zərbəsi endirmək istəyəcəyi təqdirdə Qərb ilk növbədə Çinə üz tutacaq. Onun sözlərinə görə, rəsmi Pekin Rusiya prezidenti Vladimir Putini nüvə müharibəsinə başlamağa imkan verməyəcək əsas “silahdır”.

Arestoviç bunu FEYGIN LIVE YouTube kanalının efirində deyib.

O qeyd edib ki, bütün dünya “çılğın manyak”la qarşılaşdığını başa düşür. Putin hər hansı Avropa ölkəsinə zərbə endirmək əmrini versə, o zaman NATO Çindən kömək istəyəcək: "Putinin təhdidi qarşısında Qərbin üz tutacağı əsas ünvan çinlilərdir”.

Onun sözlərinə görə, Kremldə NATO ilə rəqabətdə həmişə Çinin olduğunu unudurlar. Arestoviç deyib ki, hazırda Çin lideri Şi Cinpin Putini nüvə müharibəsindən çəkindirə biləcək əsas siyasi xadimdir. O, Çinə də nüvə müharibəsinin laım olmadığını vurğulayıb.

Bununla belə, Qərbdə düşünürlər ki, Putin əvvəlki təhdidlərə baxmayaraq, Ukrayna ilə müharibədə artıq nüvə silahından istifadə etməyəcək. Nüvə zərbəsinə yalnız “dövlətin mövcudluğuna təhlükə yaranarsa” əl atıla bilər. Bunu Amerikanın PBS telekanalına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Ukraynada nüvə silahından istifadə etmək üçün heç bir səbəb yoxdur. Heç kim nüvə silahından istifadəni, hətta ondan istifadə ideyasını da düşünmür". Peskov bildirib.

Rusiya Federasiyasının nüvə doktrinasından danışan Peskov xatırladıb ki, Rusiya “nüvə silahından yalnız ölkənin mövcudluğuna olan təhlükəni aradan qaldırmaq lazım olduqda istifadə edə bilər və istifadə edəcək”.
Misir-Azərbaycan Dostluq Cəmiyyətində iftar süfrəsi təşkil edilibMisir ictimaiyyətinin nümayəndələri, cəmiyyətin nəzdindəki kurslarda təhsil alan müxtəlif ölkələrdən olan tələbələr, diaspor təmsilçiləri və media nümayəndələrinin müqəddəs Ramazan ayında bir araya gəldiyi iftar süfrəsində çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı alim Seymur Nəsirov azərbaycanlı və misirlilərin oxşar Ramazan adət-ənənələrindən, tarixi əlaqələrindən, bənzər toponimləri və ortaq İslam dəyərlərindən bəhs edib. O diqqətə çatdırıb ki, iki dost ölkənin xalqları arasında qədim bağlar bu gün də möhkəmlənir, əməkdaşlıq gündən-günə inkişaf edir.

Sonra iştirakçılar Azərbaycan Sahibkarlar Konfederasiyasının Misir, Səudiyyə Ərəbistanı və Sudan üzrə nümayəndəsi Ceyhun Xəlilovun təşkil etdiyi iftar süfrəsində oruclarını açıblar.

Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyəti öz ənənəsinə sadiq qalaraq müqəddəs Ramazan ayında tələbələr və imkansız şəxslərə ərzaq yardımları təşkil edir.
Tramp Ukraynada baş verənləri soyqırımı adlandırdıABŞ-ın sabiq prezidenti Donald Tramp Ukraynada baş verən hadisələri soyqırımı adlandırıb.

Bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

Keçmiş dövlət başçısı “Ukraynada baş verənlər soyqırımıdır” deyərək, Rusiyanın hərbi əməliyyatları ilə bağlı mövqeyini ifadə edib.

Qeyd edək ki, ABŞ-ın hazırki prezidenti Co Bayden də Rusiyanın Ukrayna ilə bağlı siyasətini soyqırımı adlandırmışdı.