Britaniya Ukraynaya 500 milyon dollar kredit ayırırBöyük Britaniya Ukraynaya 500 milyon dollar məbləğində kredit şəklində maliyyə yardımı göstərmək qərarına gəlib.

"Report" "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko deyib.

Onun sözlərinə görə, Britaniya xəzinədarlığının rəhbəri müharibə şəraitində dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün tərəfdaş ölkələrin resurslarının bir hissəsinin təcili olaraq Ukraynaya verilməsi çağırışını dəstəkləyib.

Marçenko, həmçinin qeyd edib ki, Britaniya Ukraynaya digər ölkələrin və maliyyə təşkilatlarının cəlb edilməsinə çağırıb.

Bundan əvvəl Britaniya Ukraynaya 521 milyon dollar ayırıb və Dünya Bankından 1 milyard dollarlıq kreditin təminatçısı kimi çıxış edib.
Şarl Mişel: “Avropa İttifaqı Ukrayna üçün ağır silahlar alacaq”Avropa Birliyi Rusiyaya qarşı müharibədə dəstək olmaq üçün ağır silahlar alıb Ukraynaya pulsuz təhvil verməyə razılaşıb.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “European Pravda” qəzetinə müsahibəsində bildirib.

“Təhlükəsizlik baxımından bununla bağlı çox xəbər olmayacaq. Amma biz Ukraynanı bu silahlarla təmin etmək öhdəliyimizə sadiqik. Mən çox yaxşı xatırlayıram ki, müharibə başlayandan iki gün sonra prezident Zelenski mənə zəng edərək Ukraynaya silah verilməsini koordinasiya etməyi xahiş etdi. Aİ üçün çox çətin qərar idi, biz bunu əvvəllər etməmişdik. Ancaq biz bunu bir neçə saat ərzində etdik!”, - Mişel bildirib.

Onun sözlərinə görə, o vaxtdan keçən iki ay ərzində Aİ “European Peace facility” (Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün satınalmalarda istifadə olunur - Red) vasitəsilə artıq 1,5 milyard avro ayırıb.

“Bu, bir çox Aİ-yə üzv dövlətlərin ikitərəfli səviyyədə gələn dəstəyinə əlavədir. Lakin bu yardım kifayət deyil, biz daha çox etməliyik və edəcəyik”.
Tayson təyyarədə sərnişini döydü - VideoABŞ-ın əfsanəvi boksçusu Mayk Tayson uçuşdan əvvəl təyyarədə sərnişini döyüb.

Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, 55 yaşlı idmançı San-Fransiskodan Floridaya uçduğu vaxt arxa oturacaqdakı kişi içkinin təsiri altında onunla söhbətə cəhd edib. Tayson isə həmin şəxsə bir neçə dəfə xəbərdarlıq etdikdən sonra sifətinə zərbələr endirməyə başlayıb.

Zərərçəkən sərnişinə tibbi yardım göstərilib. O, polisə müraciət edib. Tayson isə təyyarədən çıxıb.
ABŞ Rusiya ilə sanksiyaların ləğvini müzakirə etmirABŞ hakimiyyəti hazırda Rusiya ilə bu ölkəyə qarşı qoyulan məhdudiyyətlərin yumşaldılması imkanını müzakirə etmir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Duleep Singh bildirib. O bildirib ki, Ukraynanın iştirakı olmadan belə bir dialoq mümkün deyil.

"Düşünürəm ki, bu, tezdir. Bizim hələ ki, açıq ünsiyyət kanallarımız var. Amma biz sanksiyaların yumşaldılmasından danışmaq mərhələsində deyilik. Çünki Rusiya təcavüzü artmaqda davam edir. Bunun dayandırılmasına dair heç bir dəlil yoxdur", - deyə Sinq bildirib.
ABŞ Çini növbəti dəfə hədələdiABŞ Çini geniş sanksiyalar və ixrac nəzarəti ilə hədələyib.

Bu barədə ABŞ Dövlət katibinin müavini Vendi Şerman deyib.

“Mən özüm bir neçə Çin rəsmisi ilə danışmışam. Biz birbaşa dedik ki, onlar bizim Rusiyaya qarşı sanksiyalar, ixrac nəzarəti baxımından nə etdiyimizi gördülər, bu, onlara Çinin Rusiyaya həqiqətən maddi dəstək göstərdiyi təqdirdə nə edə biləcəyimiz barədə təsəvvür yaratmalıdır. Çin artıq işləri yaxşılaşdırmayan işlər görür. Pekin qalib gələn sistemi sarsıtmağa çalışır”, - Şerman qeyd edib.


Axar.az
Ukrayna yaxında NATO-ya üzv olacaq - RomanyukUkrayna Kremlin hədələrinə baxmayaraq, yaxın gələcəkdə NATO-ya daxil ola bilər.

Axar.az xəbər verir ki, bunu “Ukrayna NATO-da” ümumukrayna ictimai təşkilatının rəhbəri Yuri Romanyuk deyib.

"Mən əminəm ki, bu gün heç kim Putindən qorxmur, hətta onun paslanmış nüvə düyməsindən də. Bu, yalnız Ukrayna Silahlı Qüvvələrinin xidmətidir. Onlar göstərdilər ki, Rusiya ordusu yoxdur. Bir dəstə qatil və təcavüzkar var”, - o bildirib.
KİV: "Rusiya Ukraynanı dəstəkləyən ölkələrə qarşı kiberhücum hazırlayır"ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya Rusiyanın Ukraynanı dəstəkləyən ölkələrə qarşı kiberhücum hazırladığını bildirib.

“Report” xəbər verir ki, bu barədə “Guardian” nəşri yazıb.

“Kəşfiyyat məlumatları göstərir ki, Rusiya hökuməti potensial kiberhücumlar üçün variantları araşdırır”, - qəzet qeyd edib.

Məlumata görə, Rusiya dövləti tərəfindən maliyyələşdirilən hakerlər İT şəbəkələrindən böyük həcmdə məlumat oğurlaya, zərərli proqramlardan istifadə edə və şəbəkələri bloklaya bilərlər.
Ruslar çıxış edəndə onlar G20 iclasını tərk etdilərVaşinqtonda Rusiya tərəfinin çıxışı zamanı Böyük Britaniyanın nümayəndələri G20 iclasını tərk edib.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak məlumat verib.

“Nümayəndələrim amerikalı və kanadalı həmkarları ilə birlikdə bu gün Vaşinqtonda keçirilən G20 iclasını rusiyalı nümayəndələr çıxış edərkən tərk etdilər. Biz Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləməkdə həmrəyik və Rusiyanı cəzalandırmaq üçün beynəlxalq koordinasiyanın artırılmasında israr edəcəyik”, - nazir qeyd edib.
Zelenski və Putin Qüdsdə görüşə bilərİsrail Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında mümkün görüşə ev sahibliyi etməyə hazırdır.

Bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi TASS-a müsahibəsində bildirib.

Diplomat Rusiya və Ukrayna tərəfinə liderlərin görüşü barədə təklif irəli sürüb: "Biz Qüdsdə belə bir görüşü keçirməkdən şərəf duyarıq".

Qeyd edək ki, bundan öncə Rusiya və Ukrayna liderlərinin Türkiyədə görüşü təklif olunmuşdu.