33 rusiyalı Türkiyədə qəzaya düşdü
Dərc olunub:
22-07-2025, 12:41
Türkiyənin Side bölgəsində 33 rusiyalı turisti daşıyan avtobus qəzaya düşüb.
Bu barədə Rusiya Turoperatorları Assosiasiyası Teleqram kanalında məlumat yayıb.
Məlumata görə, onlar ciddi xəsarət almayıb:
“Antalya hava limanından Sideyə gedən turistləri daşıyan avtobus yoldakı maneəyə çırpılıb. Avtobusda Rusiyadan olan 33 turist olub. Qəza nəticəsində turistlərdən heç biri ciddi xəsarət almayıb”
Son xəbərlər
