Şok: Bazar günü ABŞ İrana hücum edəcək!
ABŞ nüvə danışıqları fonunda İran yaxınlığındakı hərbi varlığını artırır.
Bu barədə “Bild” nəşri məlumat yayıb.
Bildirilib ki, ABŞ ordusu Hind okeanında, İrandan təxminən 3800 kilometr aralıda yerləşən Dieqo Qarsiya aviabazasında altı ədəd B-2 Spirit strateji bombardmançı təyyarəsi yerləşdirib. Peyk görüntülərində təyyarələrin uçuş-enmə zolağında olduğu məlum olub və həmçinin digər hərbi texnikalar da aşkar edilib.
Bu güclənmə İranla gərgin münasibətlər və nüvə proqramı üzrə danışıqların bərpası fonunda baş verir.
İddia edilir ki, eskalasiya çox tezliklə baş verə bilər. Hətta artıq bazar günü bombardmanının başlayacağı deyilir.
Belə ki, Pentaqonun İranla bağlı hərbi planlarını genişləndirdiyi və nüvə zərbəsi ssenarilərini istisna etmədiyi bildirilir. Tehran da öz növbəsində Dieqo Qarsiya bazasına hücumlarla hədələyir.
Qeyd edək ki, ABŞ və İran arasında danışıqların 12 apreldə Omanda keçiriləcəyi gözlənilir.