BƏƏ Azərbaycan ilə turizm sahəsində güclü tərəfdaşlıq əlaqələri qurmağa hazırdır

Aprelin 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfirliyi Dubay Turizm Departamenti, FlyDubai şirkəti, Voyager Group və AviaPartner şirkəti ilə birgə BƏƏ-nin turizm sektorunda investisiya imkanlarını təqdim edib.

Tədbirdə 30-dan çox turizm şirkəti iştirak edib.

BƏƏ-nin Azərbaycandakı səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, Səfir Mohammed AlBlooshi çıxışında turizmin təkcə səyahətdən ibarət olmadığını, eləcə də insanları və mədəniyyətləri birləşdirdiyini qeyd etdi. Cənab səfir, həmçinin turizmin iqtisadiyyatın mühüm sahələrindən biri olduğunu vurğulayaraq, iştirakçılara BƏƏ-nin sərmayə üçün əlverişli qanunvericiliyi, iş adamları üçün çox münasib vergi qaydaları, BƏƏ hökumətinin xarici investorlar üçün yaratdığı əlverişli mühit barədə məlumat verdi.

Səfir Al Blooshi qeyd etdi ki, səfirlik BƏƏ ilə Azərbaycan arasında turizm əlaqələrinin gələcəyi üçün əməkdaşlığı dəstəkləməyə, ideyaları bölüşməyə və güclü tərəfdaşlıq əlaqələri qurmağa hazırdır.

Tədbir şəbəkələşmə və müzakirələrlə davam edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər