Tramp Cənubi Qafqazda geosiyasi qarşıdurmada Moskvaya üstün gəlmək istəyir
Tramp ABŞ-da seçkiqabağı kampaniyanın gedişində, habelə, seçkilər dönəmində prezident olacağı təqdirdə seçicilərinə ABŞ-ın möhtəşəmliyini qaytaracağı ilə bağlı dəfələrlə vədlər vermişdi. O, Ukraynada başlanan müharibəyə görə sələfi Baydeni kəskin şəkildə tənqid edir, özünün prezident olacağı təqdirdə belə bir müharibənin başlanmasına yol verməyəcəyini bəyan edirdi.
Bunu Avrasiya.net-ə politoloq Elşən Manafov deyib.
O, qeyd edib ki, Tramp eyni zamanda prezident seçiləcəyi təqdirdə dünyanın bir çox qizğın nöqtələrində münaqişələrin səngiməsinə nail olacağını, hətta Ukrayna-Rusiya müharibəsini 24 saat ərzində dayandıracağını bildirmişdi. Bütövlükdə O, beynəlxalq sülh və sabitliyi təmin edəcək siyasətçi olaraq özünü Nobel sulh mükafatına əsas iddiaçılar arasında görürdü:
"Lakin, Tramp prezident seçildikdən sonra ABŞ-ın real imkanlarından çıxış etmək və onlardan çıxış edərək qlobal mahiyyət kəsb edən problemlərə mövqe sərgiləmək məcburiyyətində qaldı. ABŞ-ın dövlət borcunun 37 trilyon dollara çatması, dövlət büdcəsindəki nəhəng kəsirlər, büdcəni doldurmaq zərurət Çinlə, Avropa Birliyi ilə ticari münasibətlərdə ABŞ-ln əlehinə olan mənfi saldo Trampın az qala bütün dünyaya elan etdiyi tarif müharibəsinin əsas səbəblərindən oldu. Onun Kanada, Qrenlandiyanın, Meksikaya münasibətdə populist xarakterli çıxışları, Rusiya ilə münasibətləri ya kökə, ya da kötək siyasətinə uyğun olaraq qurmaq istəyi Monro doktrinaslnı hətta keçirmək istəyən bu siyasətçinin qeyri ardlcıllığından, tərəddüd etməsindən, qeyri professionallığından irəli gəlirdi".
E.Manafov onu da qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada 3-cü Qlobal Forumdakı çıxışını Trampın özünə aid səhifəyə qoyaraq paylaşması Rusiyanı durdura bilməyən bu siyasətçinin Cənubi Qafqazda geosiyasi qarşıdurmada Moskvaya üstün gəldiyini qabartmaq istəyindən irəli gəlir:
"Hazırda, Azərbaycan-Rusiya münasibətlərindəki siyasi böhrandan ABŞ-ın bəhrələnmək istəyi şübhə doğurmur. Tramp Azərbaycan-Ermənistan arasında danışıqlarda son vaxtlarda özünü qabarıq şəkildə biruzə verən dinamizmi ABŞ-ın tərəflərə təsiri və təklifləri ilə əlaqələndirmək istəyir, halbuki Şuşadakı forumda prezident Əliyevin qeyd etdiyi kimi danışıqlarda təşəbbus və təkliflər bir qayda olaraq məhz rəsmi Bakıya aid olub, digər tərəfdən rəsmi Bakı dəfələrlə danışıqların vasitəçilərsiz keçirilməsinin təşəbbuşüskarı və tərəfdarı olub və Əbu-Dabidəki görüş də, bunun növbəti təsdiqi oldu. Regionun təhlükəsizlik qayğılarından çıxış edən rəsmi Bakı bir region dövlətləri arasında problemlərin bir qayda olaraq 3+3 formatında əməkdaşlıq müstəvisində həllinin tərəfdarı olub. Bu isə regiondan kənar qüvvələrin bölgənin təhlükəsizlik problemlərinə müdaxiləsini həmişə qeyri-məqbul bilib, zira söhbət yalnız bərabər əsaslarla əməkdaşlıqdan gedə bilər".
E.Manafov onu da vurğulayıb ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün bəlli şərtlərini irəli sürüb. Tərəflərdən kimsə rəsmi İrəvana təzyiq və ya təsir edib onu bu şərtləri qəbul etməyə tələsdirə bilsə rəsmi Bakı bunu ancaq alqışlaya bilər. Digər tərəfdən prezident Əliyevin qeyd etdiyi kimi Ermənistan qısa zamanda bu şərtləri qəbul etməsə onda özünü həm siyasi, həm də loqistik baxımdan təcrid edəcək:
"Azərbaycan Ermənistan üzərində hərbi qələbəni əldə etdiyi kimi, diplomatik və siyasi qələbəni də təmin edəcək. Trampın isə Rusiya faktorunu, habelə Azərbaycanın İranla həmsərhəd olması və bu mənada Azərbaycandan adıçəkilən tərəflərə qarşı geosiyasi, ticari, loqistik, tranzit və digər amillərlə bağlı məsələlərdə istifadə cəhdləri isə yersizdir. Azərbaycanın siyası elitasının kifayət qədər siyasi savadı, təcruşübəsi və dünyagörüşü var ki, Azərbaycan adlı gəmini geosiyasi təlatümlü dalğaların qoynuna atmasın".