Ağsuda qardaş qardaşı bıçaqladı
Dərc olunub:
23-07-2025, 13:24
Ağsuda bıçaqlanma hadisəsi baş verib.
Avrasiya.net xəbər verir ki, rayon sakini Seymur Nuriyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı 46 yaşlı Gündüz Nuriyevə bıçaqla çoxsaylı xəsarətlər yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.
Son xəbərlər
