GAMAC İranın təxribatları ilə bağlı bəyanat yayıb

GÜNEY AZƏRBAYCAN MILLI AZADLIQ CƏBHƏSININ
AZƏRBAYCAN DÖVLƏTİNƏ QARŞI
İRAN FARS MOLLA REJIMININ TƏXRİBATLARI İLƏ BAÖLI BƏYANATI

Son vaxtlarda İran fars molla rejiminin Azərbaycana qarşı mediadan və xüsusilə də İran adlanan ölkənin parlamentindən səsləndirdiyi təhdid və ittihamların intensivləşməsi molla rejiminin qərəzli siyasətinin planlı və sistematik xarakter daşıdığını göstərir və bu Güney Azərbaycanda ciddi narahatlıq doğurur.

Molla fars rejiminin İsrailə məxsus PUA-ların guya Azərbaycan ərazisindən İrana yönləndirildiyi barədə səsləndirdiyi əsassız iddiaları beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, həm də Azərbaycanın bu məsələdə şəffaf və rəsmi mövqeyinin bilərəkdən təhrif olunmasına yönəlib.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) olaraq bildiririk ki, İran fars molla rejiminin bu əsassız iddiaları regional sabitliyi təhdid etməklə bərabər, həm də Quzey və Güney Azərbaycan arasında nifaq toxumu səpmək məqsədi daşıyır.

Biz, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) olaraq İran fars molla rejimindən regionda sabitliyin təminatçısı olan Azərbaycan dövlətinə qarşı apardığı əsassız iddialarına son qoymasını tələb edir və bəyan edirik ki, Azərbaycan dövlətinin təhlükəsizliyi və suverenliyinə yönəlmiş hər hansı təhdid qarşısında Azərbaycan Türk milləti bir yumruq kimi birləşəcək, Azərbaycan dövlətinin yanında dayanacaq və fars molla rejiminin bütün təxribatçı siyasətlərinə qarşı prinsipial və sarsılmaz mövqe sərgiləyəcəkdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər