Air China Urumçi və Daşkənd arasında birbaşa hava əlaqəsi açıb
Çinin Air China aviaşirkəti ilk dəfə Urumçi və Daşkənd arasında müntəzəm uçuşlar həyata keçirib. Bu barədə Cinxua agentliyinin əməkdaşı Daşkənd Beynəlxalq Hava Limanından məlumat verib.
İyulun 22-də Urumçidən ilk təyyarə buraya endi. Boeing-737 təyyarəsinə gələn heyət və sərnişinlər ənənəvi olaraq çiçəklərlə qarşılandılar.
"Komandamız üçün bu əlamətdar hadisədir-beynəlxalq aviasiya liderlərindən birinin yeni istiqamətinin görüşü. Əminəm ki, Urumçi-Daşkənd reysi marşrut şəbəkəsində layiqli yer tutacaq və ölkələrimiz arasında iqtisadi, mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsi üçün etibarlı körpü olacaq", - deyə Uzbekistan Airports Handling şirkətinin direktoru Timur Xəlilov bildirib.
Air China Urumçi-Daşkənd-Urumçi marşrutu üzrə uçuşlar həftədə üç dəfə həyata keçiriləcək: çərşənbə axşamı, cümə və bazar günləri.
Son xəbərlər
