Daha bir rus general Ukraynada öldürüldü - FotoXəbər verdiyimiz kimi, dünən Ukraynanın Xersondakı rus hərbi bazasına HİMARS-la endirdiyi zərbələr nəticəsində 150 rus hərbçisi, 5 yüksək rütbəli zabit var.

Axar.az Ukrayna mediasına istinadən xəbər verir ki, məhv edilən zabitlərin biri də Simferopoldakı 22-ci ordu korpusunun qərargah rəisi general-mayor Nasbulindir.
Prezident hərbi təyyarə ilə ölkədən qaçdıŞri-Lanka Prezidenti Qotabaya Racapaska iqtisadi krizisdən dolayı başlayan kütləvi etirazlar səbəbindən ölkədən hərbi təyyarə ilə qaçıb.

Avrasiya.net xəbər verir ki, BBC Racapaksanın Maldivə xanımı və iki mühafizəçisi ilə uçduğunu təsdiqləyib. Onlar paytaxt Maleyə 03:00-da gəliblər.

Racapaksa ailəsi Şri-Lankanı onillərdir idarə edir, Prezidentin qaçışı ilə bu idarəetməyə son qoyulub.

Onun qardaşı, keçmiş maliyyə naziri Bezil Racapaksa da ölkəni tərk edib və ABŞ-a gedib.

Qeyd edək ki, bundan öncə Racapaksanın 13 iyulda istefa verəcəyi bildirilmişdi. Onun hələ də istefa ərizəsini parlament sədrinə təhvil vermədiyi məlum olub.
Britaniya kəşfiyyatı: "Rusiya ordusunun problemləri daha da artacaq"“Qarşıdakı həftələrdə Rusiya qüvvələri, yəqin ki, bir neçə kiçik şəhəri, o cümlədən Siversk və Dolynanı ələ keçirməyə çalışacaq”.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiya qoşunları üçün Slovyansk və Kramatorsk şəhər ərazilərinin ələ keçirilməsi əsas məqsəd olaraq qalır.

Britaniya kəşfiyyatı hesab edir ki, Rusiya Ukrayna dövlətinin legitimliyini sarsıdır: “Moskva Ukraynanın işğal olunmuş hissələri üzərində öz idarəçiliyini və inzibati nəzarətini gücləndirməyə çalışmaqda davam edir. İşğal olunmuş Ukraynada anti-Rusiya əhval-ruhiyyəsi Rusiya və Rusiyayönlü rəsmilərin hədəfə alınmasına səbəb olur. Rusiya rəsmilərinin hədəf alınması, çox güman ki, Rusiya ordusunun problemlərini daha da çoxaldacaq. Həmçinin bu, hərbi və təhlükəsizlik birləşmələrinə təzyiqi potensial olaraq artıracaq”.
COVID-19 pandemiyası bitməkdən çox uzaqdır - ÜSTÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus xəbərdarlıq edib ki, COVID-19 pandemiyası tezliklə bitməyəcək.

Bu barədə təşkilatın baş direktoru mətbuat konfransında çıxışı zamanı deyib.

"Pandemiya bitməkdən hələ çox uzaqdır", - deyə o bildirib.

ÜST-ün Avropa bölməsi, öz növbəsində, ölkələri "immuniteti əhəmiyyətli dərəcədə zəifləmiş və ciddi şəkildə zəifləmiş beş yaşdan yuxarı insanlara, eləcə də onların yaxınları ikinci "buster" dozanı qəbul etməyə çağırıb.
Ukrayna Rusiyanın silah-sursat anbarını vurduUkrayna ordusu işğal altında olan Xerson vilayətində Rusiyaya məxsus silah-sursat anbarını vurub.

Avrasiya.net xəbər verir ki, Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç bu barədə sosial media hesabında paylaşım edib.

“Dünən ordumuz Rusiyanın Xerson vilayətində yerləşən 49-cu Ordu Komandanlığı, hava qüvvələri və hava hücumundan müdafiə anbarlarına raketlərlə hücum edib. İlkin məlumata görə, ümumilikdə 200 nəfər yaralanıb, 100-dən çox insan ölüb, onlardan yarısı ağır yaralanıb. Bəziləri sağ qalmayacaq. Yaralı və ölənlərdən bəziləri üçün təxliyə qrupları yaradılıb”, - deyə A.Arestoviç qeyd edib.
ABŞ İranın Rusiyaya PUA-lar verəcəyini düşünürBirləşmiş Ştatlar İranın Rusiyaya bir neçə yüzə qədər pilotsuz uçuş aparatı (PUA) verəcəyini düşünür.

Bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan jurnalistlərə açıqlamasında bildirib.

Qeyd olunub ki, PUA-ların bəziləri zərbə tipli olacaq.

Sallivan həmçinin deyib ki, ABŞ-da İranın Rusiya qüvvələrinə bu PUA-lardan istifadə etmək üçün təlim keçməyə hazırlaşdığını göstərən məlumatlar var.
Ukraynada daha bir yaşayış məntəqəsi azad edildiUkrayna hərbçiləri Xerson vilayətinin İvanovka kəndini ruslardan azad edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Hazırda yaşayış məntəqəsinə Ukrayna ordusu nəzarət edir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Xerson vilayətinin azad edilməsini əsas hədəf kimi müəyyənləşdirib.
Rusiya Donetskdə yaşayış binasını vurdu: ölənlər varRusiya qüvvələrinin Donetsk vilayətinin Çasovoy Yar şəhərindəki yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin Donetsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

“İyulun 11-i saat 08:45-ə olan məlumata görə, beşmərtəbəli yaşayış binasına raket zərbəsi nəticəsində 18 nəfər həlak olub, 6 nəfər isə dağıntılar altından çıxarılıb. Dağıntılar altında olan iki nəfərlə səsli əlaqə yaradılıb. Hazırda xilasetmə və axtarış prosesi davam edir”, - məlumatda deyilir
ABŞ-ın Kaliforniya ştatının Dauni şəhərində atışma olub.

“Report” ABC7 telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Bildirilib ki, atışma gecə əyləncəsində baş verib. Atışmaya nəyin səbəb olduğu bəlli deyil.

Məlumata görə, olayı törədən şəxsin kimliyi məlum olmasa da, onun ölənlərdən biri olduğu istisna edilmir.
İsrailin Baş naziri Yair Lapid və Misir Prezidenti Əbdülfəttah Sisi arasında telefon danışığı olub.

Avrasiya.net xəbər verir ki, bu barədə İsrail Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər ABŞ Prezidenti Co Baydenin bölgəyə gözlənilən səfərini, Fələstin məsələsini və əmin-amanlığa ehtiyacı, eləcə də ərzaq təhlükəsizliyi üçün Ukrayna böhranının fəsadlarını aradan qaldırmağın mümkün yollarını müzakirə edib.

Liderlər həmçinin ikitərəfli və regional məsələləri müzakirə ediblər və iki ölkə arasında sülh sazişinin əhəmiyyətini vurğulayıblar. İsrail və Misir liderləri iqtisadi sahədə də daxil olmaqla, əlaqələrin gələcək inkişafına sadiq olduqlarını ifadə ediblər.