33 trilyon dollar borcumuz var, daha bunu edə bilmirik - Uolts
Dərc olunub:
30-04-2025, 12:30
ABŞ artıq böyük dövlət borcuna görə Avropanın təhlükəsizliyini maliyyələşdirə bilməyəcək.
Bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “Nyu York Post”a müsahibəsində deyib.
“33 trilyon dollar borcu olan ABŞ sözün əsl mənasında artıq Avropanın təhlükəsizliyinə subsidiya verə bilmir”, - o bildirib.
Uolts qeyd edib ki, Norveç və Finlandiya müdafiə xərclərini artırsa da, İspaniya, Kanada və İtaliya kimi digər NATO ölkələri çox az xərcləyir:
“Vaşinqton Avropa ölkələrinə hərbi və diplomatik dəstək verməyə davam edəcək, lakin tələbkar olacaq. Müttəfiqlərimizdən öz ədalətli paylarını ödəmələrini və yükü ABŞ-la bölüşmələrini tələb etməyə davam edəcəyik”.