Braziliya prezidenti Zelenskini saymır

Bir il yarımdan çoxdur ki, Vladimir Zelenski Braziliya prezidenti Luiz İnasio Lula da Silvaya görüş təşkil etməyi xahiş edən məktublar göndərsə də, Braziliyadan heç bir cavab almayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Braziliyanın “Metropoles” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Zelenski məktublardan birini 2023-cü il oktyabrın 27-də dövlət başçısının 78 yaşını qeyd etdiyi zaman göndərmək qərarına gəlib. O, həmçinin Lula da Silvadan 2024-cü ilin oktyabrında Rio-de-Janeyroda keçiriləcək G20 sammitinə dəvət istəyib.

Nəticədə sammitdə Ukraynadan nümayəndə olmayıb. “Metropoles”in mənbələrinə görə, sammit “aclıq və yoxsulluqla mübarizə, davamlı inkişaf və qlobal idarəçilik” mövzusuna həsr edildiyi üçün Braziliya hakimiyyəti mümkün görüşü yersiz hesab edib.

Qəzet əlavə edib ki, Lula da Silva SSRİ-nin Böyük Vətən müharibəsində qələbəsinin 80 illiyi münasibətilə Moskvaya gəlmək niyyətini bəyan etdikdən sonra Ukrayna hakimiyyəti onu Rusiya Federasiyasına səfərindən əvvəl Kiyevə səfərə dəvət edib, lakin hazırda bu, Braziliya liderinin planlarının bir hissəsi deyil.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər