star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

“Azərbaycan mediası qardaşlığın səsini dünyaya çatdırır”

Bu gün, 22 iyulda Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Bu əlamətdar gün münasibətilə Şimali Kipr Türk Cümhuriyyəti Bayrak Radyo Televizyon Kurumu İdarə Heyətinin sədri Özdemir Tokel Azərbaycan xalqına və media camiəsinə təbrik ünvanlayıb.

Tokel qeyd edib ki, 150 il əvvəl Azərbaycanda atılan ilk mətbuat addımı sadəcə bir informasiya vasitəsi deyil, eyni zamanda xalqın yaddaşını formalaşdıran böyük bir mədəni hərəkatın başlanğıcı olub:

> “Bir toplumun yaddaşı çox zaman bir xəbərdə, bir qəzetin manşetində və ya bir müxbirin sualında əbədiləşər. Məhz buna görə də mətbuat yalnız məlumat deyil, həm də ictimai yaddaşın daşıyıcısıdır.”

Tokel, bu gün Azərbaycanın mətbuat sahəsində əldə etdiyi uğurların region üçün nümunəvi olduğunu qeyd edərək, ifadə azadlığı və söz haqqının qorunmasının əhəmiyyətini vurğulayıb:

> “Bu gün Azərbaycandakı qardaşlarımız yalnız söz haqqını deyil, eyni zamanda ictimai yaddaşlarının canlılığını qeyd edirlər. Mən bu münasibətlə Azərbaycanın qələm sahiblərini, əziyyət çəkən müxbirlərini, manşetlərin arxasındakı görünməz qəhrəmanları hörmət və ehtiramla salamlayıram.”

Tokel çıxışında, Həsən bəy Zərdabinin əsası qoyduğu bu şərəfli yolun bu gün Şimali Kipr Türk Cümhuriyyətində də əks-səda verdiyini xüsusi vurğulayıb.

> “Biz də bu qardaşlıqdan güc alırıq. Eyni ürəyin səsi ilə danışan iki xalq olaraq, öz sözümüzü dünyaya daha güclü çatdırmaq üçün çalışırıq.”

Sonda, Tokel Azərbaycan mediasına dərin təşəkkürlərini bildirərək, media qurumları arasında ortaq dildə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyinə diqqət çəkib:

> “Azərbaycan mediasının Şimali Kipr Türk Cümhuriyyəti xalqına göstərdiyi qardaşlığı salamlayıram. Media orqanları arasında ortaq dilin qurulmasına töhfə verən bütün media əməkdaşlarına dərin sevgilərimi çatdırıram.”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər