Praqada Putinin abidəsi ucaldıldı - FotoÇexiyanın paytaxtı Praqada Rusiya Prezidenti Vladimir Putinin abidəsi qoyulub.

Axar.az yerli mediaya istinadən xəbər verir ki, burada Rusiya lideri qaz kranı üzərindəki qoblinə (mənfi xüsusiyyətli obraz - red.) bənzədilib.

Məlumata görə, abidə SSRİ marşalı İvan Konevin heykəlinin yerində ucaldılıb.

Abidənin müəllifi Duşan Dostalın sözlərinə görə, əsər “Ariman” adlanır ki, bu ad da fars mifologiyasından gəlmədir və tamamilə şəri təmsil edir.

Abidədə diqqətçəkən məqamlardan biri də burada rusiyalı liderin Hitler salamı verməsi formasında təsvir edilməsidir. Bununla müəllif demək istəyib ki, Putin Hitlerin fəaliyyətini davam etdirir.
Saxta peyğəmbər! 8-i uşaq olmaqla 20 arvadı var: Təcavüz edib izlədi...Məlum olub ki, özünü peyğəmbər kimi təqdim edən Mormon kultunun liderlərindən olan Samuel Rappylee Bateman 8 yaşlı qızlar da daxil olmaqla 20 qadın və qızla evlənib. Beytmənin öz qızı da daxil olmaqla zorla evləndirilərək təcavüzə məruz qaldığı, üç qızla cinsi əlaqədə olarkən atalarını seyr etdirdiyi iddia edilib.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Vaşinqton ştatında Federal Təhqiqatlar Bürosunun əməkdaşları keçən həftə verdiyi xəbərdən sonra Airbnb-dən kirayə götürdüyü evdən 8 kiçik qızı xilas edib. Məlum olub ki, uşaqlar Mormon kultunun liderlərindən olan Samuel Rappylee Bateman ilə evlənməyə məcbur ediliblər. Təriqət başçısı ilə ərə getməyə məcbur edilən qızlardan bəzilərinin cəmi 8 yaşında olduğu müəyyən edilib.

Sentyabr ayında saxlanılan Beytmanın öz qızı da daxil olmaqla zorla evləndirilərək təcavüzə məruz qaldığı bildirilir.

Sentyabr basqını zamanı mühafizəyə alınan uşaqlar daha sonra Batemanla əməkdaşlıq edən yaşlı qurbanların təşəbbüsü ilə müdafiədən qaçaraq Airbnb evinə getdilər.

19 yaşlı qadın qurban da Batemanın tələbi ilə kiçik qızları qaçırmaqda ittiham edilərək saxlanılıb. Azğın adamın Arizona, Yuta, Nevada və Nebraska arasında din üzvlərinin iştirak etdiyi qadın alverini də idarə etdiyi güman edilir.

Onun 3 qızının kişilərlə cinsi əlaqəni lentə aldığı videolar da ortaya çıxıb. Bəzi çıxışlarında Batermanın qızlara bədənlərini Allaha qurban verdiklərini dediyi bildirilib.


Kolumbiyada dəhşətli hadisə - 30 nəfər öldüKolumbiyanın Risaralda bölgəsində torpaq sürüşməsi nəticəsində çox sayda insan ölüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Pedro Tvitterdə bildirib.

“Təəssüflə bildirmək istəyirəm ki, Risaraldada ölənlərin sayı 27 nəfərə çatıb. Onların üçü uşaqdır”,- deyə Prezident qeyd edib.

Qeyd edək ki, yağışlar nəticəsində yerindən çıxan daş parçaları avtobusa və bir neçə avtomobilə dəyib. Dağıntılar altında qalan avtobus və digər nəqliyyat vasitələrində olan insanların dəqiq sayı məlum deyil.
Misirdə Azərbaycan dilini öyrənənlərin sayı artırMisir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili kurslarında 22 tələbənin iştirakı ilə yeni tədris ili başlayıb.

Cəmiyyətin sədri, tədqiqatçı-alim Seymur Nəsirov AZƏRTAC-a bildirib ki, 2019-cu ildən bəri ödənişsiz əsasda təşkil olunan və müəllim İnarə Osmanovanın dərs dediyi Azərbaycan dili kurslarında müxtəlif ölkələrdən olan gənclər dilimizin qrammatikasını öyrənir, həmçinin danışıq üzrə yaradılmış klubun fəaliyyətində yaxından iştirak edirlər.

Onlar mütəmadi olaraq Misir və digər ərəb ölkələrinin mətbuatında Azərbaycan haqqında məqalələrlə çıxış edir, xalqımızın qədim mədəniyyətini, adət-ənənələrini, tolerantlığını təbliğ edirlər. Tələbələrdən bir neçəsi ölkəmizə və qardaş Türkiyəyə səfər edib, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti və digər fənlər üzrə kurslarda 35 ölkədən 400-ə yaxın tələbə təhsil alır. Bundan başqa, Qahirə və Ayn-Şəms universitetlərində də Azərbaycan dili tədris edilir.
İran şahının azərbaycanlı xanımı Fransa Senatına çağırıldıSonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin mühacirətdəki azərbaycanlı həyat yoldaşı Fərəh Diba və onun nəvəsi şahzadə Nur Pəhləvi Fransa Senatına dəvət olunub.

Bu barədə Fərəh Diba sosial şəbəkədə yazıb.

O bildirib ki, dəvət fransız senator Bruno Rotayodan gəlib. Senatda keçirilən görüşdə Fransa Senatının üzvləri Fərəh Diba və unun nəvəsi Nur Pəhləvi ilə İrandakı son hadisələri müzakirə ediblər. Müzakirələr zamanı İranda qadınlara qarşı zorakılıqlar pislənib.
Polşa Ukraynaya onminlərlə əsgər göndəribPolşa ölkəni gələcək təhlükədən qorumaq üçün hərbçilərini Kiyevə təlimə göndərir.

Bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun ehtiyatda olan kəşfiyyat zabiti Skott Ritter deyib.

"Varşava Qərbi Ukraynada - 1939-cu ilə qədər Polşanın tərkibində olan ərazilərdə və şəhərlərdə maraqlıdır. Polşa qoşunlarının hərbi əməliyyatlar aparmaq təcrübəsi yoxdur, ona görə də indi onlar faktiki olaraq öz əsgərlərini Ukrayna Silahlı Qüvvələrinin sıralarına göndərirlər ki, onlara döyüşmək üçün təlim keçsinlər. Polşa Ukrayna geyimində on minlərlə əsgərini Kiyev tərəfə göndərib. Vaxtı gələndə bu qoşunlar Ukraynanın qərbinə yerləşəcək, onlar artıq "ölkədə olacaqları üçün" Polşa-Ukrayna sərhədini keçməyəcəklər", - o bildirib.
ABŞ: Bu əraziləri Rusiyanın bölgəsi kimi tanımayacağıq!ABŞ Ukraynada müharibə zamanı Moskvanın nəzarətinə keçən əraziləri heç vaxt Rusiyanın bölgəsi kimi tanımayacaq.

Bu sözləri Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

"Biz açıq şəkildə bildirdik ki, ABŞ 2014-cü ildə və ya daha sonralar Rusiya tərəfindən ilhaq edilmiş əraziləri heç vaxt tanımayacaq", - Prays bildirib.
Fransa Senatı separatizmə dəstək verirİsrail Təhlükəsizlik Akademiyasının Fransa Milli Assambleyasının anti-Azərbaycan qətnaməsini pisləyən bəyanat verib.

- Fransa Senatının ardından Fransa Milli Assambleyasının da Azərbaycana qarşı qəbul etdiyi qətnamə tamamilə Fransanın erməni təəsübkeşliyindən qaynaqlanır. Fransa Senatı və Milli Assamnleyası Azərbaycanın öz qanuni və beynəlxalq hüquqla tanınan torpaqlarını‚ məhz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 ardıcıl qətnaməni icra edərək işğaldan azad etməsi halı ilə qətiyyən barışmır. Fransa Senatı və Milli Assambleyası bu irqçi və ikili standarrları sərgiləyən ermənipərəst xarakterli qətnamələri ilə işğalçılığa‚ erməni separatizminə və erməni cinayətlərinə birbaşa dəstək verməkdədir.

1992-93-cü illərdə Ermənistanın işğalı və etnik təmizləmə siyasəti nəticəsində 1.000.000-dan artıq Azərbaycanlı öz doğma el-obasından məcburi köçkün və qaçqın düşmüşdür. Bu 1.000.000 insan işğal illərində böyük müsibətlərə və məşəqqətlərə məruz qalıb. Təkcə 1992-ci ilin fevralın 25-dən 26-na keçən qarlı və boranlı qış gecəsində Ermənistan hərbi qüvvələri Livan və Fələstindən gətirilmiş muzdlu döyüşçülərlə birlikdə Azərbaycanın Xocalı şəhərinə daxil olaraq bütün şəhəri darmadağın etmiş‚ əliyalın günahsız insanları qarlı və çovğunlu havada gülləbaran etmiş‚ qoca və uşaq demədən qundaqdakı körpələrə qədər süngülərə keçirmiş‚ insanları tankların altında əzmişlər. Bununla da da tarixdə misli görünməyən barbarlıq və vandalizm törətmişlər. Beləcə Ermənistan hərbi qüvvələri tarixin ən ağır qanlı qətliamlarından və kütləvi insan qırğını olan Xocalı soyqırımını törətmişlər.

Ermənistan silahlı qüvvələri beynəlxalq hüquqi kobud şəkildə pozaraq Azərbaycanın beynəlxalq ictimaiyyət və BMT tərəfindən qəbul edilən və beynəlxalq hüquqla qorunan suveren sərhədlərinə daxil olaraq 20 faiz Azərbaycan torpağına qarşı hərbi təcavüz edərək‚ 30 ilə yaxın vaxt ərzində Azərbaycan torpaqlarını işğalda saxlamışdır. Ermənistan hərbi qüvvələri daxil olduğu Azərbaycan torpaqlarını dağıdıraq əhalisini‚ dinx sakinləri kütləvi məhv etməyə çalışıb. Bu‚ işğalçı Ermənistanın ən ağır hərbi cinayətidir.

Yaxın 30 il bölgənin bütün tarixi erməni hərbi cinayətləri və terrorları ilə dolub daşır. Bütün Qarabağ başdan ayağa erməni vandalizminə bürünüb. Qarabağın hər qarışında erməni vandalizmi və erməni cinayətləri mövcuddur. Fransa hökuməti‚ Senat və Milli Assambleyası ilk öncə Qarabağdakı erməni vəhşiliklərinə və erməni vandalizminə hüquqi qiymət verməlidir. Qarabağdakı bütün azərbaycanlı qəbrlər‚ Azərbaycanlılara məxsus dini və tarixi abidələr tamamilə dağıdılmış və yerlə yekaan edilmişdir. Ermənistan hərbi qüvvələri işğal etdikləri hər yeri dağıdıb viranəyə çeviriblər. Hal-hazırda 30 il əvvəl Azərbaycan torpaqlarının işğalı ilə başlayan işğal müddətində törədilən vandalizm aktlarının mahiyyəti tükürpədicidir. Bu işğal və vandalizm aktları nəticəsində Azərbaycan iqtisadiyyatına milyardlarla dollar həcmində maddi və mənəvi zərər dəymişdir.

Beynəlxalq qanunlara əsasən Ermənistan hökuməti bu maddi və mənəvi zərərin qarşılığını Azərbaycan dövlətinə və hökumətinə geri ödəməlidir. Fransa Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində öz evindən didərgin və köçkün düşən 1.000.000 azərbaycanlınının hüququnu kobud və qəddarcasına pozaraq erməni cinayətlərinə haqq qazandırır. Başqa bir ölkənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlərindən ərazisinə daxil olaraq onu işğal etmək və əhalisini öz evindən didərgin salmaq‚ əliyalın insanları qoca-cavan demədən gülləbaran etmək məhz beynəlxalq qanunlarla ən ağır cinayətdir. Bütün erməni vəhşiliyi dünya ictimaiyyətinə məlumdur. Ermənistan BMT Təhlükəsizlik Şurası tərəfindən işğalçı dövlət kimi tanınıb və işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsini tələb edən 4 BMT qətnaməsi mövcuddur. BMT TŞ-nın qətnamələri məcburidir və Fransa özü bu qurumun 5 daimi üzvündən biridir. BMT Nizamnaməsinə görə Fransa özü BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmət və icra etməyə borcludur. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Qarabağın Azərbaycan ərazisi olduğu qeyd edilir. Amma Fransa hökuməti‚ Senat və Milli Assambleyası bu qədər erməni hərbi cinayətlərinin törədildiyi Azərbaycan Respublikasına qarşı qəbul etdiyi qərəzli və anti-qətnamələrlə Ermənistanın hərbi cinayətlərinə və işğalçılıq siyasətinə dəstək verərək açıq aşkar Ermənistanın hərbi cinayətlərinə şərik olur.

Açıq aydın görünür ki‚ erməni təəssübkeşliyindən və ermənipərəstlikdən qaynaqlanan bütün anti-Azərbaycan xarakterli addımları ilə Fransa Ermənistana siyasi dəstək verərək bölgədə sülhü və sabitliyi pozmağa çalışır. Fransa Senatı və Milli Assambleyasının Qarabağla bağlı anti-Azərbaycan xarakterli qətnamələri beynəlxalq hüquqa və BMT qətnamələrinin ruhuna ziddir. Fransa bu addımları ilə beynəlxalq qanunları və BMT Nizamnaməsini pozur. Ümumiyyətlə Fransanın mövqeyi sadəcə kağız parçasıdır və bu qətnamələrin dünyada heçbir rəsmi və hüquqi əsası yoxdur.

Çünki‚ Fransa senatının və Assambleyasının mövqeyindən öncə 4 BMT qətnaməsi mövcuddur. Azərbaycan 1992-ci ildə müstəqil dövlət olaraq BMT-yə daxil olarkən məhz bu ərazilərlə birlikdə tanınıb‚ təqdim etdiyi mötəbər sübutlarla‚ hüquqi sənədlərlə məhz bu ərazilərlə birgə BMT-yə daxil olub. Azərbaycanın ərazi bütövlüyü hələ 1992-ci ilə Qarabağ da daxil olmaqla tanınıb. Bütün dünya Qarabağı Azərbaycan torpağı kimi tanıyır və bunun fonunda Fransanın ermənipərəst qətnamə qəbul etməsi son dərəcə absurddur və gülünc doğurur. Çünki‚ hər bir ölkənin suveren sərhədləri beynəlxalq qanunlarla qorunur. Birləşmiş Millətlər Təşkilatı üzvlüyündə olan bütün dövlət və ölkələrin sərhədlərinin qorunmasına və istilasının qarşısının alınmasına hüquqi qaydada borcludur.

Lakin‚ aydın görünür ki‚ Fransa hökuməti Cənubi Qafqazda yeni münaqişə ocaqlarının alovlanmasına can atır. Fransanın məqsədi Cənubi Qafqazda və xüsusən işğaldan azad edilmiş Azərbaycan ərazilərində növbəti təxribatların törədilməsidir. Qarabağı işğal etmiş separatçıların legitimliyini tanımaq‚ separatizmi və terrorçuluğu dəstəkləməkdir. Fransa Qarabağda vaxtilə varlığını elan etmiş qondarma separatçı rejimin legitimliyini tanımaqla və separatçılara siyasi dəstək ifadə etməklə işğaldan azad edilmiş Azərbaycan torpaqlarına qarşı ermənilərin təxribatlar və hərbi cinayətlər törətməsnə zəmin hazırlayır. Bilavasitə Fransa özü qəsbkarlıq və işğalçılıq siyasəti yeridir. Əlbəttə ki‚ bu qərarların qəbul edilməsi erməni lobbi və diasporasının sifarişi və istəyidir. Aşkar görünür ki‚ Fransa sadəcə erməni maraqlarını qoruyur və bu səbəbdən Azərbaycana qarşı yalan və böhtan kampaniyalarına başlayıb.

Bu qətnamələr Azərbaycana qarşı təsir və təzyiq məqsədi daşıyır. Açıq görünür ki‚ Fransada hüquq və qanunlar yox‚ sifarişlər və xüsusən erməni istəkləri icra olnur. Qondarma və uydurma erməni soyqırımı layihəsinin də təşəbbüskarı‚ ideya və senari müəllifi məhz Fransadır. Fransa bu qətnamələrlə Cənubi Qafqazda qarışıqlıq yaratmaq və yeni təxribatlara şərait yaratmaq niyyətindədir.

Hazırda Fransa Milli Assambleyasının qətnaməsi ikili standartlardan və ermənipərəstlikdən qaynaqlanır. Etnik separatizmə dəstək vermək‚ ekstremizmə və terrorizmə dəstək verməkdir. Bu hal ermənilərin hərbi cinayətlər və terrorlar törətməsinə dəstək xarakteri daşıyır.


Biz‚ bir daha Fransa Senatı və Milli Assambleyasının anti-Azərbaycan xarakterli qətnamələrini qətiyyətlə pisləyir‚ bu qətnamələrin beynəlxalq hüququn və BMT Nizamnaməsi və qətnamələrinin əksinə olduğunu və bununla da beynəlxalq hüququn ağır şəkildə pozulduğunu ifadə edirik. Bildiririk ki‚ Azərbaycan beynəlxalq qanunlarla tam haqqlıdır və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Fransa senatının və Milli Assambleyasının qəbul etdiyi qətnamə yalan və böhtan xarakterlidir və anti-Azərbaycan kampaniyasının və siyasətinin elementidir.

Fransa Milli Assambleyasının qətnaməsinin heçbir hüquqi əsası yoxdur və sadəcə erməni terroruna və erməni cinayətlərinə dəstək xarakterlidir.

Görünən odur ki‚ Fransa sadəcə özünün ermənipərəstlik‚ irqçilik və imperialist qəsbkar siyasətini yeritməyə çalışaraq bölgədə Azərbaycana qarşı son dərəcə qərəzli‚ yalan və böhtan dolu anti-kampaniyalara başlayıb. Fransanın Azərbaycana qarşı həyata keçirtmək istədiyi bütün anti-kampaniyalara qarşı Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqqlı mövqeyinə öz dəstəyimizi ifadə edirik. Qarabağ Azərbaycanın qanuni və hüquqi ərazisidir və tarixi Azərbaycan torpağıdır. Qarabağda heçbir zaman erməni varlığı olmayıb.
Biz‚ Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Hər zaman Azərbaycanın yanındayıq. Qarabağ Azərbaycandır.


İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi


Ukrayna tükənir, ABŞ yardımı dayandıracaqUkraynanın müharibə zamanı itkiləri ilə bağlı təsadüfən sızan həqiqət ABŞ-ın Rusiyaya qarşı mübarizədəki mövqeyinin dalana dirəndiyini üzə çıxarıb.

Axar.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Stiven Brayan “Asiya Tayms”dakı məqaləsində qeyd edib.

"Prezident Co Bayden kursunu dəyişməsə, o, prezidentliyinin sonunu gətirəcək milli təhlükəsizlik böhranı ilə üzləşəcək", - deyə müəllif xəbərdarlıq edib.

O vurğulayıb ki, Ukraynada hərbçi çatışmır, infrastruktura hücumlar nəticəsində çox böyük itkilər verilir, milyonlarla vətəndaş ölkəni tərk edib.

Brayan Ukrayna Silahlı Qüvvələrinin təqribən 198 min nəfər olduğu barədə məlumatlara istinad edərək, Prezident Vladimir Zelenskinin itkilərə görə ciddi böhranla üzləşdiyini, ehtiyatların da tədricən tükəndiyini vurğulayıb.

"Avropalılar açıq şəkildə bildirdilər ki, onların resursları kritik həddə düşüb və Ukraynaya tədarüklər mümkün olmaya bilər. Onların yüksək texnologiyalı silahlarını bir kənara qoyaq, hətta 155 millimetrlik mərmisi də yoxdur. Buna görə də Tayvana hərbi təchizat dayandırıldı - nə HIMARS sistemləri, nə F-16 qırıcıları, nə də uzaq mənzilli artilleriya alacaq.

Aydındır ki, ABŞ-ın özündə belə silahlar yoxdursa, Konqres Ukraynaya milyardlarla dollarlıq silah ayırmağı dayandıracaq", - Brayan bildirib.

Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri Ukraynanın 100 mindən çox hərbçi itirdiyini söyləmişdi.