Vaşinqton və Tehran nümayəndələri görüşəcək
Dərc olunub:
8-04-2025, 06:21
Xəbər verdiyimiz kimi, Ağ evdə ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında görüş keçirilib.
Avrasiya.net bildirir ki, Tramp Netanyahu ilə ikitərəfli ticarəti, eləcə də İran ətrafındakı vəziyyəti müzakirə etdiyini açıqlayıb.
"ABŞ və İran birbaşa danışıqlar aparır", - deyə ABŞ Prezidenti bildirib.
Trampın sözlərinə görə, Vaşinqton və Tehran nümayəndələri şənbə günü görüşəcək.