ABŞ İranın nüvə danışıqları təklifini nəzərdən keçirir
Dərc olunub:
2-04-2025, 13:57
Ağ Ev İranın nüvə məsələsi ilə bağlı birbaşa olmayan danışıqların aparılması təklifini ciddi şəkildə nəzərdən keçirir.
Bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
"Ağ Ev İranın birbaşa olmayan nüvə danışıqları təklifini ciddi şəkildə nəzərdən keçirir", - məlumatda qeyd olunub.
Daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirmişdi ki, ölkə təzyiq və hərbi təhdidlər şəraitində ABŞ ilə yalnız birbaşa olmayan danışıqlara razıdır.
Mart ayının əvvəlində ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Əli Xameneiyə İranın nüvə proqramı məsələsi ilə bağlı Tehranla sazişin bağlanması təklifinin yer aldığı məktub göndərdiyini açıqlayıb.