Rusiya Azərbaycanla eskalasiyadan geri çəkilir

Rusiya Azərbaycanla eskalasiyadan geri çəkilir2023-cü ilin sentyabrında Qarabağda 23 saatlıq antiterror tədbirlərindən və ardınca rus sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılmasından sonra Rusiya–Azərbaycan münasibətlərinin xarakteri tamamilə dəyişdi. Artıq rəsmi Moskva zəruri, daha doğrusu, zorakı “vasitəçi” statusunu itirərək, regionda "öz mövcudluğunu qoruma davasına" girib.

Əslində də Rusiya–Azərbaycan münasibətlərinin dartılı münasibətə çevrilməsinin, daha da gərginləşməsinin əsl səbəbi Rusiyanın Cənubi Qafqazda statusunun dəyişməsidir. Ancaq Rusiya Azərbaycanla çəkişmədən artıq geri çəkildiyini hiss etdirir.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovun Zəngəzur dəhlizinin açılması ilə bağlı “Moskva kommunikasiyaların bərpasını dəstəkləyir” açıqlaması neytral mövqe kimi görünsə də, əslində, Peskov Rusiyanın Cənubi Qafqazdan çəkilmə prosesini incə diplomatik örtüklə qəbul etdiyini bildirir. Həmçinin, rəsmi Moskva Zəngəzura real nəzarət imkanlarını artıq əlindən buraxdığını etiraf edir.

Ardınca da Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın "Azərbaycanla Ermənistan arasında Rusiyanın bitərəf mövqedə qaldığı" və "regionda Rusiyanı sıxışdırmağa çalışan qüvvələrin olduğu" bəyanatı mahiyyət etibarilə Peskovun Zəngəzur dəhlizi ilə bağlı açıqlaması ilə eynilik təşkil edir. Yəni açıqlamalar Moskvanın artıq proseslərə nəzarət etmədiyini, gedişata isə ancaq müşahidəçi statusuna məcbur edildiyini göstərir.

Zəngəzur dəhlizi ilə bağlı Moskvanın geri çəkilməsinin həlledici rolu Ankara, Vaşinqton və Bakıya təhvil verməsinin və susqunluğunun əsas iki səbəbi var.

Qərbin – xüsusilə ABŞ-ın – 32 kilometrlik hissəyə nəzarət təklifi və Türkiyənin bu ideyanı dəstəkləməsi Moskvanı Zəngəzurdan tamamilə kənarlaşdırıb. Bəzi məlumatlara görə isə Zəngəzur dəhlizinə nəzarətin ABŞ-a verilməsi elə Türkiyə prezidenti cənab Ərdoğanın planıdır.

İkinci əsas səbəb isə Azərbaycanın real regional gücə çevrilməsi və hələ Şuşa Bəyannaməsinə qədər başlanan Türkiyə ilə vahid xətt üzrə hərəkəti etməsi Rusiyanın regiondakı "protektorat statusunu" məhv edib. Özündə müttəfiqlik münasibətləri ehtiva edən Şuşa Bəyannaməsi isə münasibətlərin artıq rəsmi öhdəliklərə keçməsidir.

İranın da Zəngəzur dəhlizi ilə bağlı proseslərə susqunluğu Rusiya ilə paralel olaraq Tehranın da Ankara–Bakı hökmünü qəbul etməsi, reallıqla barışmasıdır.

Zəngəzur dəhlizi Azərbaycan üçün iqtisadi-humanitar nöqteyi-nəzərdən o qədər də əhəmiyyətli deyil. Çünki Azərbaycan həm İran, həm də Gürcüstan üzərindən iqtisadi, kommunikasiya, tranzit imkanlarına malikdir. Azərbaycan üçün Zəngəzur dəhlizi suverenlik və geosiyasi məqsədli layihədir. Bu layihə həm də regional güc statusunun rəsmi tanınması üçün siyasi göstəricidir.

Moskva ilə Bakı arasında açıq qarşıdurma (hərbi, iqtisadi və ya diplomatik) ehtimalları da tam istisna deyil. Ancaq belə ehtimallar ancaq o halda nəzərdən keçirilə bilər ki, ABŞ-ın və ya NATO-nun Zəngəzura girişi baş tutsun. Kreml o halda sərt reaksiya verə bilər.

Ermənistan–Azərbaycan arasında qarşıdurmadan Rusiyanın müdaxiləsi üçün istifadəsi mümkündür.

Azərbaycanın Ukrayna ilə münasibətlərinin hərbi və texnoloji baxımdan dərinləşməsini Rusiya özü üçün cənub sərhədindən də təhdid hesab edə bilər. NATO, Qərb qüvvələrinin regionda möhkəmlənməsini Moskva həm də özünün ideoloji məğlubiyyəti hesab edəcəyi məlumdur.

Zəngəzur dəhlizi vasitəsilə Orta Dəhliz layihəsinin işə düşməsi, Rusiyanın dəhlizə nəzarətinin itməsi, Rusiyanın Şimal Dəhlizini də əhəmiyyətsiz hala gətirə bilər.

Nəticə belədir ki, Rusiyanın Cənubi Qafqazda strateji mövqe itkisi Moskva üçün ciddi məğlubiyyətdir. Və bu, rəsmi Kremldə, siyasi elitada narahatlığa səbəb olub. Azərbaycanla isti münasibətlərin bərpası Rusiya üçün ümidverici zərurətə çevrilib.

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər