İran ABŞ ilə birbaşa danışıqlar aparmaq istəyir

İran ABŞ ilə birbaşa danışıqlar aparmaq istəyirİran rəhbərliyi Vaşinqtonla dialoqu vasitəçilərlə deyil, birbaşa danışıqlarla aparmaq istəyir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtondan Mayamiyə (Florida ştatı) gedərkən təyyarədə jurnalistlərlə söhbəti zamanı bildirib.


“Düşünürəm ki, birbaşa danışıqlarımız olsa, daha yaxşı olar. Məncə, bu daha sürətli olacaq və siz qarşı tərəfi vasitəçilər vasitəsilə hərəkət etməkdən daha yaxşı anlayacaqsınız. Onlar (iranlılar – red.) vasitəçilərdən istifadə etmək istəyirdilər. İndi bunun mütləq belə olduğunu düşünmürəm. Fikrimcə, onlar narahatdırlar. Düşünürəm ki, onlar özlərini zəif hiss edirlər, mən isə onların özlərini belə hiss etmələrini istəmirəm. Güman edirəm ki, onlar görüşmək istəyirlər”, – ABŞ-nin dövlət başçısı söyləyib.

Ondan İran iqtidarından yeni ismarış alıb-almadığı soruşulub, lakin Ağ ev rəhbəri birbaşa cavab verməyib.

“Düşünürəm ki, onlar birbaşa danışıqlar aparmaq istəyərdilər. Məktubları unudun. Fikrimcə, onlar birbaşa danışmaq istəyirlər”, – Amerika lideri iddia edib.

Xatırladaq ki, martın 7-də Tramp İranın ali rəhbəri Əli Xameneiyə nüvə proqramı ilə bağlı danışıqlar aparmaq təklifi ilə məktub göndərdiyini bildirib. Tehran ABŞ ilə birbaşa dialoqdan imtina edib, lakin vasitəçilər vasitəsilə danışıqların davam etdirilməsinə icazə verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər