star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

DİN-də əməliyyat müşavirəsi: Vəzifələr tam icra olunmalıdır

Daxili İşlər Nazirliyində iyulun 25-də işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyyat müşavirəsi keçirilib.

Avrasiya.net xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə keçirilən müşavirədə bölgədə mövcud əməliyyat şəraiti, şəxsi heyətin xidməti fəaliyyəti və əhali ilə qurulmuş qarşılıqlı əlaqə təhlil edilib.

Qeyd olunub ki, həmin ərazilərdə ictimai qaydanın qorunması, yerli əhalinin, turistlərin, eləcə də əmlak və şəxsi təhlükəsizliyin təmin olunması, maarifləndirici-profilaktik tədbirlərin davam etdirilməsi prioritet istiqamətlərdən olmaqla diqqətdə saxlanılmalıdır.

Müşavirədə xüsusilə yanğın təhlükəsizliyi məsələlərinə geniş yer ayrılıb. Yay mövsümündə havaların isti və quraq keçməsi fonunda meşəlik və açıq sahələrdə yanğın təhlükəsinin artdığı, buna qarşı profilaktik tədbirlərin intensivləşdirildiyi vurğulanıb.

Aidiyyəti xidmət rəhbərlərinə bölgədə nəzarətin gücləndirilməsi, riskli sahələrdə fasiləsiz monitorinqin aparılması, vətəndaşlar arasında odla ehtiyatsız davranışın doğura biləcəyi təhlükələrlə bağlı davamlı izahat işlərinin həyata keçirilməsi, xidmətin yüksək peşəkarlıqla və əzmlə aparılmasının vacibliyi barədə konkret tapşırıqlar verilib.

Diqqətə çatdırılıb ki, müvafiq ərazilərdə asayişin təmini, əmlak və ekoloji təhlükəsizliyin qorunması, o cümlədən yanğınla bağlı məsuliyyət tədbirlərinin görülməsi sahəsində daxili işlər orqanlarının üzərinə düşən vəzifələr tam icra olunmalıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər