Azərbaycan XİN də Rusiyaya başsağlığı verdi
Dərc olunub:
24-07-2025, 19:59
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amur vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.
Avrasiya.net xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib.
“Rusiya Federasiyasının Amur vilayətində təyyarə qəzası nəticəsində insanların faciəli ölümü bizi dərindən kədərləndirdi. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - başsağlığında qeyd olunub.