Slovakiyada 350 ayı güllələndi
Dərc olunub:
3-04-2025, 08:37
Slovakiya hökuməti 350 ayının güllələnməsinə icazə verib.
Bunu Slovakiyanın baş naziri Robert Fitso bəyan edib.
O bildirib ki, son illər sayları çoxalan qonur ayıların bu il hücumlarının artması fonunda belə qərar verilib.
“Biz insanların meşəyə getməyə qorxacağı və ayılara yem olacağı bir ölkədə yaşaya bilmərik”, - deyı Fitso mətbuat konfransında bəyan edib.
Hesablamalara görə, ölkənin bir çox dağlıq rayonlarında1000-3000 ayı yaşayır