Yaponiya Rusiya ilə sülh bağlamaq istəyir

Yaponiya Rusiya ilə sülh bağlamaq istəyirTokio ikitərəfli münasibətlərdəki çətin vəziyyətə baxmayaraq, Rusiya ilə sülh müqaviləsi bağlamaqda qərarlıdır.

TASS xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin “Mavi kitab” adlı hesabatında deyilir.

Sənəddə qeyd edilir ki, Yaponiya hökuməti “dörd şimal adasına (Rusiyanın cənubi Kuril adaları nəzərdə tutulur) sahiblik məsələsinin həlli və sülh müqaviləsinin bağlanması siyasətinə sadiq qalacaq”.

Eyni zamanda, hesabatda cənub Kuril adalarının tarixən Yaponiya əraziləri olduğunu və onların hazırda “Rusiya tərəfindən qeyri-qanuni işğalı” altında olduğunu iddia edən Tokionun mövqeyinə istinad edilir.

Agentlik Yaponiya hakimiyyətinin Şinzo Abenin baş nazir olduğu dövrdə Kuril adaları ilə bağlı belə bir ifadə işlətməməsinə diqqət çəkib. Bu ifadə rəsmi sənədlərdə də qeyd olunmayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər