"ABŞ gözəl başa düşür ki, İrana olacaq hücum... "

ABŞ-in İranın nüvə çalşmalarından imtina etməsi ilə bağlı məlum mövqeyi beynəlxalq hüquqa ziddir, zira İran beynəlxalq hüququn subyekti olan müstəqil dövlət kimi digər dövlətlərlə yanaşı nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququna malikdir.

Bunu Avrasiya.net-ə açıqlamasında politoloq Elşən Manafov deyib.

O qeyd edib ki, digər tərəfdən İran illərdir ki, nüvə çalışmaları ilə bağlı tədqiqatlarını MAQATE ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirir, bununla bağlı öz üzərinə götürdüyü öhdəliklərə ciddi şəkildə riayət edir və bu fakt MAQATE-nin hesabatlarında dəfələrlə öz əksini tapıb:

“ABŞ-ı narahat edən başlıca amil İranın nüvə silahına yaxın perspektivdə yiyəlnə biləcəyi ilə bağlı məsələlərdir, zira İran ABŞ-ın regionda yeni dünya nizamı ilə bağlı maraqlarına qarşı çıxdığından, üstəlik İsraili regionda sülh və sabitlik üçün başlıca təhlükə mənbəyi bildiyindən ABŞ həm regionda özünün həyati maraqları, həm də, müttəfiqi İsrailin təhlükəsizliyi üçün narahat olduğundan nüvə danışıqları mövzusu ilə İranı çıxdaş etməyə, onu Ag evin diqtə etdiyi oyun qaydalarını qəbul etməyə, İranın proiksi qüvvələr vasitəsilə regiona olan təsir imkanlarını zəiflətməyə çalışır. İranın Vaşinqtonun tələbləri qarşısında güzəştə getməkdən imtina etməsi, onunla birbaşa danışıqlardan yayınması vəziyyəti daha da, agırlaşdırır. ABŞ kəşfiyyatı İranda nüvə silahının olmaması barədə məlumatları Ag evə çatdırıb, bununla belə İranın strateji hücum silahları ilə ABŞ-ın regiondakı hərbi bazalarına, habelə, perspektivdə İsrailə endirə biləcəyi zərbələr Tramp iqtıdarını düşündürür və narahat edir.

İranın Rusiya və Çinlə son vaxtlar güclənən hərbi texniki əməkdaşlığı, birgə hərbi dəniz təlimlərinin keçirilməsi, bu ilin yanvarında Rusiya ilə hərbi əməkdaşlıq barədə imzalanan müqavilə, nəhayət ABŞ-dan olan təzyiqlərlə bağlı aprelin 7-8-də Moskvada baş tutmuş Rusiya-İran-Çin danışıqları göstərir ki, İran mövzusu geosiyasi qütbləşmənin əks tərəflərində qərar tutmuş güclər üçün geosiyasi anlamda ən həssas mövzuya çevrilib və İrana olan hər hansı bir hücuma bəlli tərəflər biğanə qalmayacaqlar. Suriyada Əsəd rejiminin devrilməsindən sonra İranın ABŞ-la münasibətlərində gərginliyin artması, Ag evin Yəməndə husilərin mövqelərini bombalaması konteksində daha da, kəskinləşib”.

E.Manafovun sözlərinə görə, ABŞ gözəl başa düşür ki, İrana olacaq hücum islam dünyasında xüsusi rezonans doğurmaqla regionu olduqca arzuolunmaz bir eskalasiya qovşağına çevirəcək, üstəlik dünya bazarında neftin qiymətlərinin kəskin şəkildə yüksəlişinə səbəb olacaq, bu isə Trampın dünya bazarında neft qiymətlərinin 50 dollar aşağı düşməyəcəyi ilə bağlı bəyanatları ilə ziddiyyət təşkil edir.

İranın ayrı-ayrı şəhərlərinin ABŞ tərəfindən bombardman edilə biləcəyi ilə bağlı məsələlərə gəlincə, bütün bunlar regionda humanitar fəlakətin yaşanmasına gətirib çıxara bilər ki, İranla həmsərhəd olan region dövləti kimi bu Azərbaycana yüz minlərlə soydaşımızın köçunə səbəb ola bilər ki, bu da Azərbaycanda sosial gərginliyin yüksəlişinə gətirib çıxara bilər:

“Azərbaycan region dövləti olaraq, İranla ortaq dəyərlərə və ümumi tarixi tale birliyinə malik dövlət kimi hadisələrin bu yönumdə getməsinin qarşısını almaq üçün ciddi imkanlara malik tərəf kimi özünün vasitəçilik imkanlarlnı ortalığa qoyaraq, regionda təhlükəsizliyin qorunub saxlanılması üçün səylərini gücləndirə bilər və şübhəsiz ki, İran prezidentinin Bakıya səfəri zamanı regional təhlükəsizliklə bağlı problemlər danışıqların müzakirə predmeti olacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər