Peyğəmbəri təhqir edən din xadimi edam ediləcəkNigeriyanın Kano əyalətində Məhəmməd peyğəmbəri təhqir edən din xadiminin cəzası bəlli olub.

Xarici KİV xəbər verir ki, Kano Şəriət Məhkəməsi 52 yaşlı din xadimi Kabaranı peyğəmbəri təhqir etdiyinə görə ölüm cəzasına məhkum edib.

Özünü Qədiriyyə İslam Hərəkatının lideri və ölkədə dindar kimi təqdim edən Kabara 16 iyul 2021-ci ildə Məhəmməd peyğəmbəri təhqir etdiyinə görə saxlanılıb.
Zelenski yalvarır, Qərb cavabsız qoyacaqUkrayna ən kritik anda NATO yardımından məhrum olacaq.

Bu barədə “Nyusvik”də yayımlanan məqalədə deyilir.

Bildirilib ki, Ukrayna lideri Vladimir Zelenskinin Qərbə silah tədarükünün artırılması ilə bağlı çağırışları cavabsız qala bilər:

“Ukrayna müharibədə həlledici saydığı sonrakı mərhələdə ehtiyac duyduğu silah yardımı üçün Qərbə yalvarır, lakin bu çağırış NATO-nun öz ehtiyatlarını tamamlamaqda çətinlik çəkdiyi zamana təsadüf edir. Kiyevə edilən yardımlar NATO üzvü olan ölkələrin ehtiyatını ciddi şəkildə azaldıb. Bu səbəbdən narahatlıqlar artmaqdadır”.
İran səhv etdi - İsrail yardıma başladıSon dövrlər İsrail NATO vasitəsilə Ukraynaya kəşfiyyat yardımını artırıb.

Axar.az xəbər verir ki, bu barədə “Haartez” nəşri Brüsseldəki mənbələrə istinadən məlumat yayıb.

“İranın Rusiyaya PUA verməsi və hərbi əməkdaşlığı genişləndirməsi Tehranın strateji səhvidir”, - deyə bildirilib.

Qeyd edilir ki, cəmi ay yarım əvvəl İsrail müdafiə naziri Benni Qantz və Qərargah rəisi Aviv Kohavi Ukrayna MN-nin İranın vurulan PUA-ları ilə bağlı məlumatları bölüşmək müraciətini rədd edirdilər.

Belə ki, Bennet-Lapid hakimiyyəti Ukraynaya hər hansı hərbi yardımdan imtina edərək, humanitar yardımla kifayətlənirdilər.

“Təl-Əviv ehtiyat edir ki, Rusiya cavab olaraq İsrail qırıcılarının Suriya avinaməkanında uçuşuna mane yarada bilər. Bu mənada İran da İsrailə qarşı ölkənin şimalında varlığını gücləndirmək niyyətindədir. Lakin Amerikanın təzyiqi və İranın Rusiyaya yardımının artması İsraili öz biganəlik siyasətindən əl çəkməyə inandırdı”, - mənbə nəşrə bildirib.
ABŞ Senatı 2023-cü ilin 858 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyibABŞ Konqresinin Senatı cümə axşamı keçirilən iclasda ölkənin 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayaraq) müdafiə büdcəsi layihəsini 858 milyard dollar məbləğində təsdiqləyib.

"Report" xəbər verir ki, iclası C-SPAN telekanalı yayımlayıb.

Sənədi 83 deputat dəstəkləyib, 11 deputat əleyhinə çıxıb. Bundan əvvəl bu layihə ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən də təsdiqlənmişdi. Sənəd imzalanmaq üçün Prezident Cozef Baydenə göndəriləcək.

Qanun layihəsi, digər məsələlərlə yanaşı, Ukraynaya ən azı 800 milyon dollar təhlükəsizlik yardımı və Rusiyaya qarşı yönəlmiş Avropada məhdudlaşdırma təşəbbüsü üçün 6 milyard dollar nəzərdə tutur. Sənəd həmçinin Rusiya ilə qızılla bağlı əməliyyatlara görə sanksiyaları əhatə edir, Rusiya ilə hərbi sahədə əməkdaşlığa qoyulan qadağanın beş il müddətinə uzadılmasını nəzərdə tutur. Bundan əlavə, orada bildirilir ki, Vaşinqton Rusiya Federasiyası nümayəndələrinin “İyirmilər qrupu” və bir sıra digər beynəlxalq təşkilatların tədbirlərində iştirakına mane olmaq niyyətindədir.

Bundan əlavə, büdcə layihəsində Asiya-Sakit okean regionunda müdafiənin qarşısının alınması üçün 11,5 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulur.

2022-ci maliyyə ili üçün müdafiə büdcəsi 778 milyard dollar təşkil edib.
Hindistan nüvə raketini sınaqdan keçiribHindistan nüvə başlıqlı “Aqni-5” raketini sınaqdan keçirib.

Bu barədə Hindistan mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, 5 min kilometr mənzilli "Agni-5" raketi ölkənin şərqindəki Odişa əyalətində yerləşən Əbdül Kalam adasından buraxılıb.

Rəsmilər uzun mənzilli nüvə qabiliyyətinə malik qitələrarası ballistik raketin ölkənin müdafiəsinə dəyər qatacağını və milli təhlükəsizliyi gücləndirəcəyini bildiriblər.
Baydendən yeni pandemiya XƏBƏRDARLIĞIABŞ Prezidenti Co Bayden bəşəriyyətin növbəti pandemiya ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Bayden Vaşinqtonda keçirilən ABŞ-Afrika Sammitində deyib.

“COVID-19-un yayılması ilə mübarizə aparsaq belə, biz daha güclü səhiyyə sistemləri və institutları qurmağa və səhiyyə xidmətinə universal çıxışı təmin etmək üçün səyləri gücləndirməyə davam edirik”, - Bayden çıxışında bildirib.

Prezident qeyd edib ki, hakimiyyət bütün bunları yeni pandemiyaya hazırlaşmaq üçün edir: “Bu, şübhəsiz ki, olacaq”.

Daha əvvəl “Microsoft”un yaradıcısı Bill Qeyts demişdi ki, bəşəriyyəti yaxın 20 ildə 50 faiz ehtimalla yeni pandemiya gözləyir.
BAK-ın qonaqları Hollandiyada Xocalı Soyqırımı abidəsini ziyarət ediblərBeniluks Azərbaycanlıları Konqresinin (BAK) qonaqları “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev, hüquq məsələləri üzrə sədr müavini Məcid Məmmədov, hüquq departamentinin rəhbəri, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Vəkil Vüsal Səfərov, Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Məhəmməd Məmmədov və Niderland Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Azərbaycan Evi-nin rəhbəri Elxan Mirhəşimli, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayise Ağamirzəyeva, Real TV nin Avropa bürosunun rəhbəri və Koordinasiya Şurasının üzvü Xatirə Sərdarqızı, Avropa Beynəlxalq Azərbaycan Qadınlar klubunun rəhbəri Kamalia Celilova xanim ilə bərabər
Hollandiyaa Azərbaycan Türk Kultur Dərnəyini ziyarət ediblər.

Qonaqlar dəyərli Başkan İlhan Aşkın və sədr muavini Altan Golalı ilə görüşüblər.

Görüşdən sonra bərabər Xocalı Soyqırım abidəsi ziyarət olunub.

Şuşa-Xankəndi yolundakı aksiya Pakistan mətbuatındaQHT rəhbəri, jurnalist Cavid Şahverdiyev Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatların nümayəndələri, ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyasını Pakistanın nüfuzlu Pakistanin theworld.pk, xəbər portalında ictimailəşdirib.

Məlumatda qeyd olunub ki, QHT rəhbərləri, ekoloji fəallar Qarabağda təbii sərvətlərin talan edilməsinə son qoyulmasını tələb ediblər. İştirakçılar bəyan ediblər ki, "sülhməramlı" adı altında erməni separatizmini dəstəkləyən Rusiya silahlı qüvvələrinin komandanı Andrey Volkov gəlməyənədək aksiya davam edəcək. Xəbər Rusiyanın nüfuzlu Politrus.com saytının teleqram kanalında (https://t.me/polit_rus) da yerləşdirilib.

https://pakistanintheworld.pk/live/ngos-environment-activits-protest-against-illegal-activities-of-armenians-in-khankendi-region/
Rusiya səfirliyi partladılacaq - XƏBƏRDARLIQRusiyanın Vilnüsdəki səfirliyinin əməkdaşlarına səfirlik binasının partladılacağı barədə məlumat daxil olub.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, zəng edənlər partlayışın dəqiq nə vaxt baş verə biləcəyinə dair heç nə deməyiblər.

Polis əməkdaşları səfirliyin ərazisinə baxış keçirib və heç bir şübhəli əşya aşkar etməyiblər. Araşdırma aparılır.

Xatırladaq ki, oktyabrın 21-də naməlum şəxs Rusiyanın Leypsiqdəki konsulluğunun binasına bir neçə sarı və mavi boya şüşəsi atmışdı.
İtaliya təyyarəsi dənizə düşdüİtaliyanın Hərbi Hava Qüvvələrinə məxsus “Eurofighter Typhoon” tipli döyüş təyyarəsi Siciliya adasının qərbində dənizə düşüb.

Axar.az xəbər verir ki, təlim uçuşu həyata keçirdikdən sonra Siciliya adasındakı “Trapani Birgi” hava limanındakı bazaya qayıtmaqda olan təyyarə ilə əlaqə kəsilib. Qırıcı təyyarənin aviabazanın 8 mil cənub-şərqində dənizə düşdüyü bildirilib. Helikopterlər vasitəsilə ərazidə pilotun axtarış-xilasetmə işləri aparılır.

Təyyarənin naməlum səbəbdən qəzaya uğradığı bildirilib.