Putin həbs olunsa... - Rusiya müharibə ilə hədələdi
Dərc olunub:
24-04-2025, 10:47
Rusiya prezidenti Vladimir Putinə qarşı BCM-nin orderi qanunsuzdur və əgər hər hansı ölkə onu icra etməyi düşünürsə, nüvə dövləti ilə münaqişənin nəticələrini başa düşməlidir.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Sankt-Peterburq Dövlət Universitetinin “Hüquq” jurnalının 2025-ci il üçün 1-ci sayında dərc olunmuş məqaləsində bildirib.
Medvedev həmçinin xəbərdarlıq edib ki, orderi verənlərin rəhbərliyi qanunsuz olaraq məsuliyyətə cəlb olunan ölkənin istintaq və məhkəmə orqanları tərəfindən təqib oluna bilər və təqib edilməlidir.