İranla müharibə ABŞ üçün asan olmayacaq - Rubio
Dərc olunub:
25-04-2025, 15:23
İranla mümkün müharibə ABŞ xalqının son illərdə şahidi olduğu hərbi münaqişələrdən daha mürəkkəb və çətin ola bilər.
Bu barədə ABŞ Dövlət katibi Marko Rubio deyib.
O, İranla müharibənin nəticələri, gözlənilməz aspektləri və mürəkkəbliyi barədə xəbərdarlıq edib:
“Müharibə insanların televiziyada izləməyə öyrəşdiyi hadisə deyil. Bu dəfə hər şey daha çətin olacaq”.