"Təslim olmaq yox, razılaşma üçün iştirak edirik”

“Təslim olmaq yox, balanslaşdırılmış razılaşma üçün ABŞ ilə danışıqlarda iştirak edirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xameneinin siyasi müşaviri Əli Şəmxani hazırda Romada davam edən İran və ABŞ arasında nüvə danışıqlarının ikinci raundu ilə bağlı açıqlamasında deyib.

O, “X” hesabında paylaşdığı paylaşımda İran nümayəndələrinin doqquz prinsip əsasında hərtərəfli razılaşma əldə etmək üçün tam səlahiyyətlə Romaya getdiyini bildirib və gözləntilərini belə sıralayıb:

“Ciddilik, zəmanət vermək, balanslı olmaq, Liviya/BƏƏ modelini tətbiq etməmək, sanksiyaları aradan qaldırmaq, təhdidlərdən qaçmaq, danışıqlarda sürətli olmaq, (İsrail kimi) fitnə-fəsad törədənləri nəzarət altında saxlamaq və investisiyaları asanlaşdırmaq”.

Qeyd edək ki, hazırda İranın xarici işlər naziri Abbas Araqçinin başçılıq etdiyi danışıqlar qrupu Romada ABŞ ilə danışıqların ikinci raundunu aparır.

Görüş Oman səfirinin iqamətgahında keçirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər