star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Misirdə Azərbaycan dilini yerli mütəxəssis tədris edəcək

Qahirədə Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasında fəaliyyət göstərən Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş olub.

Görüşdə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tələbələrə iki ölkə arasında əlaqələrin tarixindən danışıb. Bu əlaqələrin daha da inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin rolunu qeyd edib.
S.Nəsirov bildirib ki, Akademiyada Azərbaycan dilini yetişdirdiyimiz misirli mütəxəssis, Azərbaycanşünas Əsma Əhməd və diaspora fəalı İnarə Osmanova tədris edəcək. Diqqətə çatdırılıb ki, bu sahədə yerli mütəxəssislərin sayının artırılması akademiyanın əsas hədəflərindəndir. Eyni zamanda, Akademiyada ana dilimizdə səlis nitqi inkişaf etdirmək üçün danışıq klubu yaradılıb.

Əsma Əhməd çıxışında Azərbaycan dili ilə ərəb dili arasında oxşar və fərqli cəhətlərdən, dillərin öyrənilməsində müasir üsullardan danışıb və bu sahədə öz təcrübəsini bölüşüb.

Daha sonra yeni müdavimlər üçün açılan qrupda ilk dərs keçirilib. Tələbələrin arasında misirlilərlə yanaşı, İndoneziya, Suriya və digər ölkələrin vətəndaşları da var.

Qeyd edək ki, Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası elm və incəsənət sahələri bağlı fəaliyyətlərlə məşğul olur. Burada Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlər üzrə 59 ölkədən 650 dən çox tələbə ödənişsiz əsaslarda təhsil alır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər