Trampın reytinqi düşüb
Dərc olunub:
22-04-2025, 08:27
ABŞ Prezidenti Donald Trampın fəaliyyətinə amerikalıların dəstəyi 42 %-ə düşüb. Bu onun Ağ evə qayıtdığı vaxtdan bəri ən aşağı göstərici hesab edilir.
Bu, “Ipsos” xidmətinin “Reuters” agentliyi üçün keçirdiyi sorğuların nəticələrində əks olunub.
Respondentlərin 42 %-i Trampın dövlət başçısı kimi fəaliyyətini bəyənir, yarıdan çoxu – 53% – onun siyasətini dəstəkləmir.