Tramp Hindistan - Pakistanın münaqişəni həll edə biləcəyinə əmindir
ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistan liderlərinin münaqişəni bu və ya digər şəkildə həll edə biləcəklərinə əmin olduğunu bildirib.
"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Vaşinqtondan Romaya uçan təyyarəsində jurnalistlərlə söhbətində deyib.
"Onlar bu və ya digər şəkildə bununla məşğul olacaqlar. Mən hər iki lideri tanıyıram", - o deyib. "Pakistan və Hindistan arasında çoxlu gərginlik var, lakin bu, həmişə belə olub", - Amerika lideri əlavə edib.
Tramp Papa Fransiskin dəfn mərasimi üçün Romaya səfər edib. Amerika lideri şənbə günü axşam İtaliya paytaxtını tərk edərək ABŞ-yə qayıdacaq.
Aprelin 22-də silahlı şəxslər məşhur turistik Pahalqam şəhərində (Cammu və Kəşmirin Hindistana aid hissəsi) terror aktı törədiblər. Xaki rəngdə paltar geyinmiş hücumçular pulemyotlardan atəş açıblar. Nəticədə Hindistanın 25 vətəndaşı, Nepalın 1 vətəndaşı həlak olub, çoxlu sayda yaralı var. Hücum edənlər qaça biliblər.