AzerGold QSC III Şuşa Qlobal Media Forumunda təmsil olunub

AzerGold QSC ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən III Qlobal Media Forumunda təmsil olunub. 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən, 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin qatıldığı Forum çərçivəsində dövlət şirkətinin ərsəyə gətirdiyi qızıl və gümüş məhsulları sərgilənib.

AzerGold QSC-nin stendində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Smartminting” texnologiyası əsasında üçölçülü formatda ərsəyə gətirilmiş “100 il və onun fövqündə bir irs” qızıl sikkəsi, İçərişəhərə, həmçinin Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş qızıl sikkə, yeni nəsil “Bakı” gümüş sikkəsi və digər tematik sikkələr yer alıb.

Sərgidə dövlət şirkətinin fəaliyyəti, xüsusilə “Şuşa”, “Qarabağ inciləri”, “Natəvan” sikkələri, onların ifadə etdiyi tarixi-mədəni mesajlar barədə xarici qonaqlara ətraflı məlumatlar verilib. Stenddə, həmçinin yaxın zamanda satışa təqdim ediləcək “Laçın” qızıl və gümüş kolleksiyasının dizaynı ictimaiyyətə təqdim edilib. Nümunələr ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər