Pakistan qoşunların döyüş hazırlığını gücləndirib - KİV

Pakistan qoşunların döyüş hazırlığını gücləndirib - KİVPakistan Kəşmirdə Hindistanla sərhədyanı nəzarət xəttində qoşunların döyüş hazırlığını gücləndirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Economic Times” yayıb.

Bildirilib ki, bu tədbir iki ölkə arasında artan gərginlik fonunda görülüb.

Məlumata görə, Pakistan Sialkot bölgəsində ön mövqelərə hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələri cəmləşdirib.

Eyni zamanda, ordunun tank və piyada diviziyalarının yerdəyişməsini həyata keçirdiyi də qeyd olunub.

Xatırladaq ki, Pakistanın Baş naziri Şahbaz Şərif dünən BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı Hindistanın iddialarını rədd edərək, Pahalqam terror hücumunun şəffaf və qərəzsiz araşdırılmasını tələb edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər