Tramp İrandan neft alan ölkələri hədələyib
Dərc olunub:
2-05-2025, 10:07
ABŞ prezidenti Donald Tramp öznün Truth sosial şəbəkəsində İran neftinin bütün alışlarını dərhal dayandırmağa çağırıb.
Tramp İran neftini alan ölkələri ikinci dərəcəli sanksiyalarla hədələyib.
“İran neftinin və ya neft-kimya məhsullarının bütün alışları dərhal dayandırılmalıdır! İrandan hər kəmiyyətli neft və ya neft-kimya məhsulları alan istənilən ölkə və ya fiziki şəxs dərhal ikinci dərəcəli sanksiyalara məruz qalacaq.
Onların heç bir şəkildə Amerika Birləşmiş Ştatları ilə iş aparmasına icazə verilməyəcək”, - ABŞ prezidenti xəbərdarlığında vurğulayıb.