star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Rusiya nümunəsi ABŞ-ı, İsraili, Çini və sair işğalçılığa sövq etdi

Rusiyanın Ukraynanı işğal cəhdi II dünya müharibəsindən sonra formalaşan düzəni, beynəlxalq hüququn fundamental prinsiplərini (dövlətlərin suverenlik və ərazi bütövlüyü, güc tətbiqi) əsaslı şəkildə sarsıtdı. Artıq güc faktoru beynəlxaq hüququ əhəmiyyətsiz hala gıtirib. Rusiyanın Ukraynaya və bundan əvvəl Gürcüstana hücum və sair işğalçılıq faktı bir sıra ölkələr tərəfindən susqunluq və neytrallıq yanaşması ilə diğər gücü ölkələri də işğalçılığa, gücün tətbiqinə yönəltdi, həvəsləndirdi.

Avrasiya.net xəbər verir ki, bunu politoloq Vüqar Dadaşov deyib.

Onun fikrincə, əslində, ABŞ prezidenti Donald Trampın da Rusiyanın Ukraynada işğalçı müharibəsinə müəyyən mənada haqq qazandırmağı Trampın özünün də işğalçı istəyindən qaynaqlanır. Bu da faktdır ki, ABŞ Rusiya - Ukrayna müharibəsindən Ukrayna ilə təbii ehtiyatlarla bağlı istədiyi müqaviləni imzalamağa nail olmaqla, faktiki hələ qələbə qazanan yeganə tərəfdir. Dünən isə, Donald Tramp “ABŞ Qrenlandiya üzərində nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadə etməyi istisna etmir” - deyə açıqlama verib. Nəticəsindən asılı olmayaraq artıq ABŞ da işğalçılıq istəyini açıq ortaya qoyur. Əgər, ABŞ Qrelandiyanı işğala başlayarsa, demək NATO tamamilə dağılmasa da, Avropanın təsiri ilə onun forma və mahiyyətini dəyişəcək, Almaniya isə Avropanın təhlükəsizliyini təmin etmək üçün məsuliyyəti boynuna götürəcək. Tramp administrasiyası Kanada da daxil olmaqla başqa ölkələrə də qarşı işğalçılıq niyyətini gizlətmir:

"İsrailin nəinki Fələstini, qonşu ölkələri o cümlədən Suriyanı işğal etmək istəyi ortadadır. İsrailə mane olan isə Türkiyədir. Baş nazir Netanyahunun Bakı səfərindən əsas imtina səbəblərindən biri də məhz İsrailn Türkiyə ilə Suriya məsələsində toqquşmasıdır.

Çin Tayvana, Hindistan Kəşmirə işğal hücumu artıq mümkün görünmür. Polşanın və Rumıniyanın da həm Ukrayna və həm də Moldova ilə bağlı planları var, ancaq hələ Rusiya faktoru çəkindirici təsir göstərir.

Rusiyanın sözün əsl mənasında işğalçılıq, imperialist mahiyyəti dünya nizamını pozdu. Və Rusiya qarşı birliyin nümayişi əvəzinə, idealogi və hərbi parçalanma dünyada sülhə böyük və real təhlükəyə çevrildi".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər