Tramp ermənilərin pulunu kəsdi – Daha bir neçə postsovet ölkəsinə ayrılan qrantlar dayandırıldı
ABŞ bir sıra postsovet ölkələrində media, demokratiya və dezinformasiya ilə mübarizə proqramlarını dayandırıb.
“AzPolitika” xəbər verir ki, “The Washington Free Beacon” və ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) X sosial şəbəkəsindəki məlumatlarında belə deyilir.
ABŞ Dövlət Departamentinin vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən 139 qrantı ləğv edərək, xaricdəki təşəbbüslər üçün ayrılan 214 milyon dolları kəsdiyi bildirilir.
Pulu kəsilən ölkələr sırasında Ermənistan da var. Beləliklə, postsovet ölkələrində aşağıdakı proqramlar ləğv edilib:
- Qırğızıstanda “vətəndaş cəmiyyətinin dayanıqlığının və adaptasiyasının artırılması” üçün 750 min dollar;
- Ermənistanda “demokratik mədəniyyətin təbliği” üçün 2 milyon dollar;
- Özbəkistanda “tənqidi vətəndaş fəallığının təşviqi” üçün 2,5 milyon dollar;
- Moldovada "xəbərlərin yazılmasının davamlılığını və inklüzivliyini genişləndirmək" üçün 2 milyon dollar;
- "Belarusda kreativ məzmunlu dezinformasiyaya cavab vermək" üçün 2,4 milyon dollar.
Bu proqramların kəsilməsi ilə bağlı sərəncam aprelin 14-də axşam saatlarında imzalanıb. Onların icrasına aprelin 15-dən başlanılıb.