F-16-ların yeni partiyası Ukraynaya verilib
Dərc olunub:
20-03-2025, 05:02
“Dördüncü nəsil F-16 qırıcısı təyyarələrinin növbəti partiyası Ukraynaya təhvil verilib.”
Bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
"Ukraynaya əlavə F-16-lar gəlib. Bu, yaxşı xəbərdir", - deyə Zelenski videokonfrans zamanı jurnalistlərə bildirib.
Zelenski Ukrayna Hərbi Hava Qüvvələrinin imkanlarını gücləndirmək üçün istifadə edilən qırıcıların dəqiq sayınıvə onların hansı ölkədən olduqlarını dəqiqləşdirməyib.