"Putin məndən Ukraynaya silah satışını dayandırmağı tələb etməyib"
Dərc olunub:
19-03-2025, 04:09
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə söhbətinin qeyri-adi detalını açıqlayıb.
Avrasiya.net xəbər verir ki, Tramp Rusiya prezidentinin ondan Ukraynaya silah tədarükünü dayandırmağı xahiş etmədiyini bildirib.
Ağ Ev rəhbəri bu barədə Fox News telekanalına müsahibəsində danışıb .
Tramp deyib: “Putin Ukraynaya yardımın dayandırılmasını tələb etməyib. Biz bu məsələni ümumiyyətlə müzakirə etməmişik".
Xatırladaq ki, martın 18-də iki ölkə rəhbəri arasında təxminən 2 saata yaxın telefon danışığı olub.